Şirkətimiz bir çox sahədə fəaliyyət göstərən şirkətlərə 10 ildən artıq zamandır ki, ( yük daşıma, ölkədaxili və ölkəxarici avtomobil satışı, tikinti, təmir, dizayn, təchizat, istehsalat, ərzaq və qeyri-ərzaq mallarının idxalı və satışı, kənd təsərrüfatı, qeyri-kommersiya təşkilatı, texnologiya, idman və gözəllik mərkəzləri, havalandırma sistemlərinin quraşdırılması şirkətləri və s.) muhasibat uçotu, vergi uçotu, vergi konsultasiyası, maliyyə hesabatlarının hazırlanması, HR xidmətləri, auditin təşkili və aparılması xidmətlərini göstərir. Əlavə olaraq da onu qeyd istərdik ki, 2023-cü ilin sonundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli, 237 nömrəli Qərarına, əsasən, Consulting şirkətlərinin rəhbərlərində və şirkətlərin baş mühasiblərində Peşəkar mühasib sertifikatının (PMS) olması tələbi qoyulmuşdur. Şirkətə xidmət göstərən Consulting şirkətində PMS sertifikatı yoxdursa, xidmət alan şirkətləri cərimələr gözləyir. Consulting şirkətimizin bütün əməkdaşlarında PMS sertifikatı mövcuddur və qanunveriliciyə uyğun şəkildə fəaliyyət göstəririk. Şirkətimiz yeni müqavilə bağlamış Şirkətlərə və Fərdi Sahibkarlara dəstək olaraq ilk ayın xidmət haqqısını ödənişsiz olaraq həyata keçiririk.
Bakalavr Xəzər universiteti – Mühasibat uçotu və idarə etmə (2009-2013) Magistr Yıldız Teknik Üniversite - İktisadi ve İdari Bilimler Fakültesi (2014-2016)
Liberty Consulting MMC – Vergi Menceri (2020 – indiyənə kimi davam edir) Britaniyanın Avertum şirkətinin Azərbaycandakı filialı – Maliyyə və Vergi konsultasiya sahəsində Menecer (2018-2020) Nor-As MMC – Baş Mühasib (2017-2019) Erkon MMC – Mühasib (2016-2017) Amazing Pay LLC – Mühasib (2014-2016) frelance
- Vergi hesabatlarının(Əmlak,Torpaq,ÖMV ƏDV Mənfəət)hazırlanması və təqdim edilməsi - Mühasibat,vergi uçotu və DSMF,Statistika ilə baglı əməliyyatlar - Vergi orqani ilə yazışmalar - Vergi sahəsi ilə baglı əməliyyatlar-bütün vergi hesabatlarının göndərilməsi - E-qaimə fakturalarının və VHF yazılması,gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E- portal proqramı ilə işləmək bacarıgının olması - Sənədlər və mühasibat yazışmaları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyan edilmis müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirtmək - DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi - Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi - Tender və Katirovka sorğusu üçün sənədlərin toplanması, hazırlanması və lazımı yerlərə təqdim edilməsi -Debitor və kreditorların hazırlanması və nəzarət edilməsi -Əməliyyatların 1 C proqramına işlənməsi Kadr işləri : - Əmək müqavilələrini doldurulub və tərəflərin arasında imzalanmasına nəzarət edilməsi - Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması - qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirilməsi