Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Menecment
/
Bakı
/
Koordinator/Layihələrin idarə edilməsi üzrə mütəxəssis
Elanı Seçilmişlərə əlavə edin

ŞE

Şahruz Elxan Vəliyeva

Koordinator/Layihələrin idarə edilməsi üzrə mütəxəssis
1300 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
30
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 615151
Dərc edilib: 02.10.2026
Baxış sayı: 147
Şəhər
Bakı
Yaş
30
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Layihələrin idarə edilməsi və koordinasiyası üzrə 5 illik peşəkar təcrübəyə malik mütəxəssisəm. Bu müddətdə layihənin planlaşdırılması, icrası və monitorinqi, layihə sənədlərinin hazırlanması, tərəfdaşlarla əməkdaşlığın qurulması və layihə proseslərinin başdan sona koordinasiyasını həyata keçirmişəm.

Dövlət qurumları, özəl sektor nümayəndələri, təhsil müəssisələri və digər maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq, layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək üzrə geniş praktiki təcrübəyə sahibəm. Layihə çərçivəsində keçirilən görüşlərin, təlimlərin təşkili, bakı və regionlar üzrə monitorinqlərin həyata keçirilməsi, hesabatların hazırlanması, statistik məlumatların emalı və layihə üzrə sənəd dövriyyəsinin idarə olunması əsas fəaliyyət istiqamətlərimdəndir.

Analitik düşüncə tərzi, güclü təşkilatçılıq və ünsiyyət bacarıqları sayəsində paralel şəkildə bir neçə prosesin idarə olunmasını və komandalar arasında koordinasiyanın təmin edilməsini uğurla həyata keçirirəm. Bununla yanaşı, peşəkar inkişafımı hərzaman prioritet hesab edir, layihələrin idarə edilməsi, liderlik və kommunikasiya sahələrində beynəlxalq təlim və inkişaf proqramlarında iştirak etməklə bilik və bacarıqlarımı davamlı olaraq təkmilləşdirirəm. 2024-cü ildə Budapeştdə keçirilən beynəlxalq liderlik proqramında iştirak edərək liderlik yanaşması, komanda idarəetməsi, effektiv kommunikasiya, şəxsi inkişaf və iş-həyat balansı sahələrində bacarıqlarımı daha da inkişaf etdirmişəm.

LinkedIn profilim: https://www.linkedin.com/in/shahruz-v-8a6b8920b/


Təhsil: Ali

Təhsil

Bakı Mühəndislik Universiteti (2017 – 2019)

Magistr, Mühəndislik fakültəsi

Gəncə Dövlət Universiteti (2013 – 2017)

Bakalavr, Biologiya və Kimya fakültəsi

Yerli və beynəlxalq təlimlər: 

Noyabr 2024 

European School: Training New Leaders – Budapest, Hungary (Liderlik, komanda idarəetməsi, kommunikasiya və şəxsi inkişaf üzrə beynəlxalq təlim)

Dekabr 2022

McKinsey & Company – Forward Program (6 aylıq beynəlxalq inkişaf proqramı)

Noyabr 2022

PMO.az – Layihələrin İdarə Edilməsi Təlimi


İş təcrübəsi: 5 ildən artıq

Layihələrin idarə edilməsi üzrə mütəxəssis 

İnnoveta MMC

2025 – hazırda

  1. Dual peşə təhsil proqramı formatında həyata keçirilən Usta yanında Şagirdlik layihəsinin koordinasiyası;
  2. Layihə üzrə fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi;
  3. İşəgötürən müəssisələrlə əməkdaşlıqların qurulması, görüşlərin keçirilməsi;
  4. Layihə üzrə müvafiq sənədlərin və hesabatların hazırlanması;
  5. Onlayn/oflayn tədbirlərin və görüşlərin təşkili;
  6. Monitorinq səfərlərin həyata keçirilməsi (tələbə, müəllim və işəgötürənlərlə);
  7. Peşə təhsil mərkəzləri və müəllimlərlə iş;

Layihə assistenti

İnnoveta MMC

2021 – 2025

  1. Təhsil layihələrinin koordinasiyası
  2. Təlim, tədbir və qısa - müddətli kursların təşkili
  3. Tədris materiallarının hazırlanması prosesinin koordinasiyası
  4. Şirkətin və layihənin sosial media hesablarının idarə edilməsi;
  5. Monitorinq proseslərində iştirak və hesabatların hazırlanması

Ətraf mühit üzrə mütəxəssis

EKO Monitorinq MMC

2019 – 2021

  1. Ekoloji sənədlərin hazırlanması
  2. Müvafiq normativ sənədlərlə iş

Sorğular üzrə köməkçi

BMT İnkişaf Proqramı (UNDP), Azərbaycan

 2018 Sentyabr – Noyabr

  1. Tərəflərlə əlaqələrin qurulması və layihə haqqında məlumatlandırmanın aparılması;
  2. Sorğu formalarının doldurulması və sistemləşdirilməsi.

Bacarıqlar

Layihələrin idarə edilməsi

Koordinasiya

Monitorinq və qiymətləndirmə

Hesabatların hazırlanması

Tərəfdaşlarla əməkdaşlıqların qurulması

Təlim və tədbirlərin təşkili

Sənədləşmə

Komanda işi

Problem həlli

MS Office

Şahruz Elxan Vəliyeva
Minimum maaş:

1300 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin