Özümü məsuliyyətli, diqqətli, ünsiyyətcil, çevik və yeni şəraitə tez uyğunlaşan bir mütəxəssis kimi xarakterizə edirəm. Qeyri-standart vəziyyətlərdə vəziyyəti qısa müddətdə qiymətləndirərək əsas riskləri müəyyənləşdirmək və vaxtında, əsaslandırılmış qərarlar qəbul etmək bacarığına malikəm.
Topladığım uzunmüddətli xidmət və rəhbərlik təcrübəmi yeni peşəkar mühitdə tətbiq etmək, yeni komandaya fayda vermək və qarşıma qoyulan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinə töhfə vermək istəyirəm.
Din-in Polisi Akademiyası 2003-2007 -fakültə-hüqüqsunaz
İdman dövlət bədən tərbiyəsi akademiyası 1996-2000-
Fakültə- tək mübarizə
Mən 24 il Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət etmişəm. Xidmətimin son 4 ili ərzində şöbə rəisi vəzifəsində çalışmışam. Bu müddət ərzində əsas fəaliyyətim əməkdaşların və kursantların fiziki və psixoloji hazırlığının, xüsusilə ekstremal və qeyri-standart vəziyyətlərdə düzgün və çevik davranış bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı olub.
Peşə fəaliyyətim ərzində təxminən 1800 kursantın, həmçinin 100-dən çox rayon polis idarəsi rəislərinin müavinləri və cinayət axtarışı üzrə rəhbər şəxslərin praktiki hazırlığında iştirak etmişəm. Müxtəlif yaş qruplarından olan insanlarla işləyərək onların vəziyyəti qiymətləndirmə, stress altında davranış və qərar qəbul etmə xüsusiyyətlərini nəzərə almışam.
Tədris prosesinin daha effektiv olması üçün real vəziyyətləri simulyasiya edən təqdimatlar, slaydlar və video materiallar hazırlamış, praktiki ssenarilər əsasında təlimlər təşkil etmişəm. Bu fəaliyyət mənə insanlarla işləmək, onları düzgün istiqamətləndirmək, prosesləri planlaşdırmaq və müxtəlif vəziyyətlərə uyğunlaşmaq bacarıqları qazandırıb.
Eyni zamanda, Eurovision Song Contest 2012, I Avropa Oyunları 2015, Formula 1 Avropa Qran-Prisi 2016, IV İslam Həmrəyliyi Oyunları və digər dövlət əhəmiyyətli tədbirlərdə təhlükəsizliyin təmin edilməsi, nəzarət və koordinasiya üzrə fəaliyyət göstərmişəm.
İş fəaliyyətim ərzində müxtəlif rəhbər vəzifələrdə çalışan şəxslərlə, o cümlədən dörd general ilə birbaşa iş təcrübəsi əldə etmişəm. Xidmətim müddətində 15-dən çox həvəsləndirmə, I, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalı və Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən nümunəvi xidmətə görə diplomla təltif olunmuşam.