Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Satış və müştəri xidməti
/
Müştəri meneceri
/
Bakı
/
Müştəri xidmətləri üzrə menecer
Elanı Seçilmişlərə əlavə edin
Günel Abbas Qasımova

Günel Abbas Qasımova

Müştəri xidmətləri üzrə menecer
2000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
35
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 618750
Yeniləndi: 28.10.2026
Baxış sayı: 259
Şəhər
Bakı
Yaş
35
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Müştəri xidmətləri və satış sahəsində idarəçilik təcrübəsinə malikəm. Müştəri müraciətlərinin və şikayətlərin operativ şəkildə həllinin təşkili, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində çalışmışam. Komandanın idarə edilməsi, iş qrafiklərinin planlaşdırılması, əməkdaşların performansının qiymətləndirilməsi və inkişafının təşkili üzrə təcrübəm var. Satış hədəflərinin müəyyənləşdirilməsi, KPI-ların izlənilməsi, müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərin qorunması ilə yanaşı, cross-sell və upsell satış proseslərinin idarə olunmasında iştirak etmişəm. Operativ qərarvermə, problem həlli, komanda idarəçiliyi və effektiv kommunikasiya bacarıqlarıma əsaslanaraq müştəri təcrübəsinin və biznes nəticələrinin yaxşılaşdırılmasına fokuslanıram.


Təhsil: Ali

  1. Bakalavriat (2008 - 2012)
  2. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  3. AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
  4. Magistratura (2012 - 2014)
  5. Ədəbiyyat nəzəriyyəsi
  6. BAKI SLAVYAN UNİVERSİTETİ
  7. Doktorantura (2023 – 2025)
  8. Azərbaycan dilinin tədrisi metodikası
  9. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL İNSTİTUTU

İş təcrübəsi: 5 ildən artıq

Şöbə müdiri (Müştəri xidmətləri/satış – front office)

«Aznet Technologies» MMC, 2024-2026

- Müştəri müraciətlərinin cavablandırılması, şikayət və problemlərinin operativ həllinin təmini;

- Müştəri xidmətləri/çağrı mərkəzi şöbə əməkdaşlarının idarə edilməsi, iş qrafiklərinin (Workforce Management prinsipləri əsasında) təşkili və performansın qiymətləndirilməsi;

- Satış hədəflərinin müəyyənləşdirilməsi, əməkdaşlar arasında bölüşdürülməsi və nəticələrin izlənilməsi;

- Operatorların fəaliyyətinin monitorinqi, keyfiyyət qiymətləndirməsinin aparılması və müvafiq tədbirlərin görülməsi;

- Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərin qorunması üzrə tədbirlərin həyata keçirilməsi;

- Hüquqi və fiziki müştərilərlə sorğuların təşkili, müvafiq satışların (cross-sell və upsell) həyata keçirilməsi, satış müqavilələrinin bağlanılması;

- Çağrıların sayı, cavablandırılma müddəti, gözləmə müddəti, xidmət səviyyəsi, müştəri məmnuniyyəti və digər göstəricilər üzrə hesabatların hazırlanması və təhlili;

- Agentlərin və supervayzerlərin seçimi, ilkin adaptasiyası, peşəkar təlimi və inkişaf proqramlarının idarə olunması.

İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

“GESCO” ASC, 2022-2024

- Şirkətin daxili və xarici kommunikasiya proseslərinin koordinasiyası, brend imicinin formalaşdırılması və reputasiya idarəçiliyi;

- Aylıq və həftəlik İƏ və SMM planlarının hazırlanması, sosial şəbəkə hesablarının və veb-saytın idarə olunması;

- PR kampaniyalarının hazırlanması məqsədilə dizayn və kontent komandası ilə işin effektiv təşkili, vizual və mətn materiallarının hazırlanması;

- Korporativ tədbirlər, sərgilər və sosial layihələrin təşkili və idarə olunması;

- Sosial şəbəkə hesablarının, saytın idarə olunması və müştəri müraciətlərinin cavablandırılması.

PR menecer

İnsan Resursları Mərkəzi, 2019-2022

- Müsabiqələr, layihələr və eləcə də müəssisənin digər fəaliyyətləri ilə bağlı PR işinin təşkili; - Mərkəzin müsabiqələrə və digər layihələrə dair video materiallarının, paylaşım postlarının məzmun və formaca hazırlanmasına nəzarət;

- Mərkəzin yazılı vətəndaş müraciətlərinin, çağrı mərkəzinin cavablandırılması işinin təşkili və koordinasiyası.

Mətbuat katibi

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, 2017-2019

- İnstitutun kütləvi informasiya vasitələri və ictimaiyyətlə kommunikasiya strategiyasının hazırlanması və icrası;

- İnstitutun sosial şəbəkə hesablarının (facebook, instagram, youtube) idarə olunmasına nəzarət;

- İnstitutdaxili təşkil olunan böyük tədbirlərin (konfrans, təlim, seminar və s.) təşkilatçılğı;

- Paylaşım postlarının, press-relizlərin məzmun və dizayn üzrə hazırlanması.

Məsul katib, bölmə redaktoru

Elm və Təhsil Nazirliyi, “Kurikulum” elmi-metodiki jurnalı, 2015-2017

- Jurnala materialların toplanılması, redaktə, korrektə, tərtibat, dizayn işinin təşkili və onlara nəzarət;

- Nəşr prosesinin, eləcə də əməkdaşların işinin gündəlik olaraq planlaşdırılması və koordinasiyası;

- Jurnalın PR işinin təşkili, saytının və facebook səhifəsinin idarə olunması, şifahi və yazılı müştəri müraciətlərinin cavablandırılması.

Layihələrin idarə olunması üzrə mütəxəssis

Elm və Təhsil Nazirliyi (Xidməti müqavilə ilə), 2022-2025

- Layihələrin fəaliyyət planına uyğun icrası prosesinə, risklərin idarə olunmasına və hesabatlılıq sisteminə nəzarət;

- Layihələrin gedişatına dair hesabatların analizi və icra vəziyyəti ilə bağlı rəhbərliyə yazılı hesabatların təqdim edilməsi.

Təlimçi

Elm və Təhsil Nazirliyi (Xidməti müqavilə ilə), 2022-2024

- Elm və Təhsil Nazirliyi çərçivəsində regional heyətlərə “Emosional bacarıqların inkişafı”, “Effektiv kommunikasiya”, “Layihələrin yazılması və idarə olunması” mövzularında peşəkar təlimlərin keçirilməsi (Komandanın motivasiyası və inkişafı aləti kimi).

Günel Abbas Qasımova
Minimum maaş:

2000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin