Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Maliyyə və Mühasibatlıq
/
Mühasib
/
Bakı
/
Baş mühasib
Elanı Seçilmişlərə əlavə edin

TF

Tərlan Firuz Əliyev

Baş mühasib
2000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 618780
Yeniləndi: 28.10.2026
Baxış sayı: 149
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda


Təhsil: Ali

1. BMA-2013-2017 (Bakalavr)

2. Azərbaycan Dövlət İqtisad Universiteti - 2024 -Mühasibat uçotu (Bakalavr)

3. Beynəlxalq Audit şirkəti (U.K) - 2018 - Milli mühasibatlıq - Sertifikat

4. İATM - 2023-2024 -Beynəlxalq mühasibatlıq (F3), Maliyyə (F7) -Sertifikat

5. Fortuna Group - 2025 - Maliyyə hesabatları,Vergi bəyannamələri – Sertifikat


İş təcrübəsi: 5 ildən artıq

1. "AZİMUT AUDİT" MMC (Fəaliyyəti: Consulting) - Baş mühasib - sentyabr 2024 - hazırda davam edirəm

2. "GLOBAL ACTİVİTY" MMC (Fəaliyyəti: körpü, tunel və digər tikinti işlərinin yerinə yetirilməsi) - Baş mühasibin müavini - aprel 2023 - sentyabr 2024

3. Tibbi Klinika - Mühasib - aprel 2018 - mart 2023


Bacarıqlar

1. Müəssisədə yerinə yetirilən bütün növ təsərrüfat əməliyyatlarının 1C 8.3 proqramına işlənməsi və nəzarəti

2. İşçilərə aylıq əmək haqqı hesablanması, işçilərə məzuniyyət haqqının,analıq məzuniyyətinin hesablanması, xəstəlik müavinətinin hesablanması, son haqq hesabın hazırlanması və ödənişlərinin yerinə yetirilməsi, ə/h kartlarının sifarişi

3. Müqavilə, qiymətlərin razılaşdırma protokolu, təhvil-təslim aktlarının hazırlanması, üzləşmə aktının tərtib olunması, Təsisçi ilə borc müqavilələrinin, qərar və s. sənədlərin hazırlanması

4. Debitor və kreditor borclar üzrə hesablaşmaların həyata keçirilməsi və ona nəzarət

5.Anbar uçotunun həyata keçirilməsi

6.Tikinti layihələri üzrə materialların F2-lər üzrə silinməsi

7. Elektron qaimə fakturanın hazırlanması, göndərilməsi, geri qaytarılması və s.

8. Bank və ƏDV depozit hesabı vasitəsi ilə online ödənişlərin edilməsi (ölkədaxili və xarici köçürmələr), Korperativ kart sifarişi

9. Gömrük işlərinin idarə edilməsi və brokerlərə rəsmiləşdirmə prosesində dəstək olunma

10. Əsas vəsaitlərin və Qeyri maddi aktivlərin uçotu

11. Emas: işçilərlə əmək müqaviləsinin bağlanılması, müqaviləyə dəyişiklik edilməsi, müqaviləyə xitam verilməsi, məzuniyyət əmrinin verilməsi, struktur əməliyyatlarının yerinə yetirilməsi və s.

12. Obyekt kodunun alınması, qeydiyyatdan çıxarılması, fəaliyyət kodlarının,hüquqi və faktiki ünvanın dəyişdirilməsi, posterminalların qeydiyyata salınması, çıxarılması və s.

13. Səyyar vergi yoxlaması zamanı sənədlərin toplanması

14. ÖMV, ƏDV, Əmlak,Torpaq, Mənfəət, Sadələşdirilmiş, F.Ş. Gəlir vergi bəyannamələrinin hazırlanması,Vahid bəyannamə hesabatının hazırlanması təqdim edilməsi və ödənməsinin həyata keçirilməsi, Statistika hesabatları

15. Gəlirlər haqqda hesabat (GHH), Maliyyə vəziyyəti haqqda hesabat (MVHH), Pul vəsaitinin hərəkəti haqqda hesabatların (PVHH) tərtib olunub rəhbərliyə təqdim olunması

16. Maliyyə hesabatlarının Üfüqi təhlili (aylar, rüblər və illər üzrə)

17. Kompüter proqramlarında (Word, Excell, Outlook, 1C 8.3), new e-taxes, e-gov, e-costums, isb.az, emas və digər hökumət portallarında işləmə bacarığı

18.Vergilərlə yaranmış məsələlərin həlli - Gündəlik online kargüzarlığın (gələn məktubların) izlənməsi, daxil olmuş məktubların cavablandırılması, uyğunsuzluqların aradan qaldırılması və s.

Tərlan Firuz Əliyev
Minimum maaş:

2000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin