Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Marketinq, Reklam və PR
/
Marketinq meneceri / Rəqəmsal marketoloq
/
Bakı
/
Marketoloq
Elanı Seçilmişlərə əlavə edin

SA

Sevinc Almas Şabanova

Marketoloq
1000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 618901
Dərc edilib: 07.10.2026
Baxış sayı: 77
Şəhər
Bakı
Yaş
31
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda


Təhsil: Ali

Odlar Yurdu Universiteti

İxtisas: Marketinq

Təhsil müddəti: 2019–2024

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci

İxtisas: Mühasibat uçotu

Təhsil müddəti: 2012–2014


İş təcrübəsi: 5 ildən artıq

Marketinq, reklam və sosial media sahəsində 10 ildən artıq iş təcrübəsinə malikəm. Müxtəlif sektorlarda fəaliyyət göstərən şirkət və brendlər üçün marketinq strategiyalarının hazırlanması, rəqəmsal və ənənəvi reklam kampaniyalarının idarə olunması, brend kommunikasiyası və layihələrin koordinasiyası üzrə çalışmışam.

Fəaliyyətim ərzində brendlərin tanınmasını və satışlarını dəstəkləyən layihələrdə iştirak etmişəm.

Əsas təcrübə istiqamətlərim:

• Marketinq strategiyalarının və aylıq fəaliyyət planlarının hazırlanması;

• Sosial media səhifələrinin idarə olunması və kontent strategiyasının qurulması;

• Post, Reels və Story formatları üçün mövzuların, mətnlərin və video ssenarilərinin hazırlanması;

• Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması, idarə olunması və nəticələrinin təhlili;

• Brendin ünsiyyət dilinin və vizual təqdimatının formalaşdırılması;

• Dizayner və çəkiliş komandaları üçün briflərin hazırlanması, işlərin koordinasiyası;

• İnfluenser əməkdaşlıqlarının və tanıtım layihələrinin təşkili;

• Tədbirlərin, təqdimatların və satışyönümlü kampaniyaların planlaşdırılması;

• Çöl reklamları və çap materiallarının hazırlanması prosesinin idarə olunması;

• Marketinq büdcəsinin planlaşdırılması və görülən işlər üzrə hesabatların hazırlanması.

Freelance və layihə əsaslı əməkdaşlığa açığam. Şirkətlərin ehtiyaclarına uyğun olaraq həm davamlı marketinq və SMM dəstəyi, həm də ayrıca kampaniya və layihələr üzrə xidmət göstərə bilərəm. İşin həcmi, təhvil müddəti və əməkdaşlıq şərtləri layihəyə uyğun razılaşdırılır. Portfolio müraciət əsasında təqdim olunur.


Bacarıqlar

• Marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanması;

• Sosial media idarəçiliyi — Instagram, Facebook, TikTok və LinkedIn;

• Kontent strategiyası və aylıq paylaşım planlarının hazırlanması;

• Meta Ads Manager və Meta Business Suite ilə iş;

• Hədəf auditoriyanın müəyyənləşdirilməsi və reklam kampaniyalarının idarə olunması;

• Kopiraytinq — post, reklam, satış və kampaniya mətnlərinin yazılması;

• Reels və digər video formatları üçün ideya və ssenarilərin hazırlanması;

• Brend kommunikasiyası və kreativ konseptlərin hazırlanması;

• Bazar və rəqib araşdırması;

• Marketinq büdcəsinin planlaşdırılması və nəticələrin təhlili;

• Dizayn və çəkiliş briflərinin hazırlanması;

• İnfluenser əməkdaşlıqlarının təşkili;

• Layihələrin və komanda işinin koordinasiyası;

• Hesabat və təqdimatların hazırlanması;

• Vaxtın idarə olunması, analitik düşüncə və işgüzar ünsiyyət.

Sevinc Almas Şabanova
Minimum maaş:

1000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin