Mən, Nazlı Mehdili — SEO mütəxəssisi, Kontent Menecer və Kopirayterəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbi yaradıcılıq (ssenari yazarlığı) üzrə magistr təhsili almışam. Hekayə anlatımı (storytelling) və mətn strukturlaşdırma sahəsindəki akademik bazamı rəqəmsal marketinq və SEO biliklərimlə birləşdirərək brendlərin onlayn görünürlüyünü dayanıqlı şəkildə artırıram.
Təcrübə və Əsas Uğurlar:
Mən, Nazlı Mehdili, 3 ildən artıq təcrübəyə malik SEO mütəxəssisi və Kontent Menecerəm. Ssenari yazarlığı üzrə magistr təhsilim və kreativ agentlik təcrübəm sayəsində, brendlər üçün həm axtarış sistemlərində (Google) ilk sıralara yüksələn SEO uyğun kontentlər hazırlayır, həm də sosial media strategiyaları tərtib edirəm. Səhiyyə (stomatologiya, fizioterapiya), e-ticarət və tikinti kimi müxtəlif sahələrdə tətbiq etdiyim On-page və Texniki SEO strategiyaları ilə saytların organik trafikini və görünürlüyünü dəfələrlə artırmağa nail olmuşam.