Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Sənaye, tikinti və istehsalat
/
Mühəndis
/
Bakı
/
SƏTƏM Mühəndisi
Elanı Seçilmişlərə əlavə edin
Raul Damət Səmədli

Raul Damət Səmədli

SƏTƏM Mühəndisi
2000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
30
Təhsil
Natamam ali
İş təcrübəsi
5 ildən artıq
№ 618950
Yeniləndi: 14.10.2026
Baxış sayı: 97
Şəhər
Bakı
Yaş
30
Təhsil
Natamam ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

1 inşaat, 2 istehsalat və 1 pərakəndə satış sahəsi üzrə fəaliyyət göstərən şirkətdə SƏTƏM idarəetmə sisteminin

yaradılması və tətbiqində praktiki təcrübəyə malikəm. Risk qiymətləndirmələrinin aparılması, PTW sisteminin

tətbiqi, SƏTƏM auditləri və uyğunluğun monitorinqi, podratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət və

ISO 45001 tələblərinin tətbiqində iştirak etmişəm. 500+ əməkdaş və podratçı üçün SƏTƏM təlimlərinin təşkili,

komanda idarəetməsi və yüksək riskli əməliyyatlarda təhlükəsizlik tədbirlərinin effektivliyinin artırılması üzrə

təcrübəyə sahibəm. Qarabağda 1 zavod, Bakıda 1 restoran, regionlarda 3 GES, tikintisi və xeyli yenidənqurma

layihələrini 0 qəza ilə idarə etmişəm.


Təhsil: Natamam ali

Bakalavr - Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Fövqəladəhallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Academy of Europe, Master of Business Administration


İş təcrübəsi: 5 ildən artıq

Təlimçi

İST Services, | (Mart 2026- davam edir) Xidmət müqaviləsi ilə

SƏTƏM, Yanğın təhlükəsizliyi, Hündürlükdə iş, Xilasetmə, İlk yardım, Partlayıcı sursatların

təhlükəsi barədə maarifləndirmə, Təhlükəsiz sürücülük, Bədbəxt hadisələrin təhqiqatı və s.

mövzuların tədris edilməsi

SƏTƏM Mühəndisi (Menecer)

Azersun Holding, İnnova Konstrakşn ənd Kontraktinq MMC | Oktyabr 2025 – davam edir

Müəssisənin əməliyyat fəaliyyətində SƏTƏM idarəetmə sisteminin təşkilinə, tətbiqinə və davamlı təkmilləşdirilməsinə

rəhbərlik etmək;

Əməkdaşların və podratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək, təhlükəsiz iş şəraitinin təmin olunması

üzrə preventiv tədbirləri koordinasiya etmək;

İş yerlərində təhlükələrin müəyyənləşdirilməsi, risk qiymətləndirmələrinin aparılması və risklərin azaldılması üzrə nəzarət

tədbirlərinin müəyyən edilməsini təşkil etmək;

ISO 45001 tələblərinə uyğun SƏTƏM prosedurları, təlimatlar və digər idarəetmə sənədlərinin hazırlanması və tətbiqində

iştirak etmək;

SƏTƏM auditləri, inspeksiyalar və uyğunluq yoxlamalarını təşkil etmək, müəyyən edilmiş uyğunsuzluqların aradan

qaldırılması və korrektiv tədbirlərin icrasını izləmək;

İnsident və bədbəxt hadisələrin araşdırılması proseslərində iştirak etmək, səbəblərin müəyyənləşdirilməsi və Root Cause

Analysis (RCA) üzrə tədbirlərin hazırlanmasına dəstək vermək;

Əməkdaşlar və podratçılar üçün SƏTƏM üzrə təlimlərin planlaşdırılması, təşkili və keçirilməsini koordinasiya etmək;

SƏTƏM komandasının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və təhlükəsizlik tədbirlərinin icrasına nəzarət

etmək;

PTW (Permit to Work) sisteminin tətbiqini və yüksək riskli işlər üzrə icazə proseslərinin koordinasiyasını həyata keçirmək;

Yanğın təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, iş yerlərinin təhlükəsizliyi və digər əməyin mühafizəsi tələblərinin icrasına

nəzarət etmək;

SƏTƏM üzrə görülmüş işlər, aşkar edilmiş uyğunsuzluqlar və həyata keçirilən tədbirlər barədə rəhbərliyə hesabatların

hazırlanmasını təmin etmək.

Baş zabit

FHN Muğan RM | İyul 2018 – Oktyabr 2025

Əməliyyat heyətinin fəaliyyətinə rəhbərlik, iş bölgüsünün aparılması və tapşırıqların təhlükəsizlik tələblərinə uyğun icrasına

nəzarət;

Fövqəladə hallar zamanı şəxsi heyət və resursların koordinasiyası, əməliyyat risklərinin qiymətləndirilməsi və təhlükəsizlik

tədbirlərinin təşkili;

İş planlarının hazırlanması, icrasının monitorinqi və nəticələr üzrə hesabatların hazırlanması;

Qurumlar arası koordinasiyanın təmin edilməsi, fövqəladə hallara hazırlıq və təhlükəsizlik tədbirlərinin təşkili;

Şəxsi heyətin təhlükəsizlik üzrə təlimlərin təşkili və təhlükəsiz iş mühitinə nəzarət.

Taqım komandiri

FHN MMQ Komandanlığı | Noyabr 2017 – İyul 2018

Şəxsi heyətin gündəlik fəaliyyətinin idarə edilməsi və tapşırıqların təhlükəsiz icrasına nəzarət;

Alət və avadanlıqların təhlükəsiz istismarı qaydalarının şəxsi heyətə öyrədilməsi və tələblərə əməl olunmasının

yoxlanılması;

İş planlarının hazırlanması, icrasının təşkili və nəticələr üzrə hesabatların hazırlanması;

Əməliyyat zamanı təhlükələrin qiymətləndirilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinə nəzarət.


Bacarıqlar

Risklərin qiymətləndirilməsi və idarə olunması, JSA, HİRA

SƏTƏM auditləri və yoxlamaların aparılması

İnsidentlərin araşdırılması və Kök Səbəb Analizi (RCA)

Podratçıların SƏTƏM fəaliyyətinə nəzarət

İş yerlərində təhlükəsizliyin idarə edilməsi

Elektrik təhlükəsizliyi tədbirlərinin icrası

Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq

SƏTƏM təlimlərinin təşkili və keçirilməsi

SƏTƏM komandasının idarə edilməsi və koordinasiyası

PTW (İşə İcazə) sisteminin idarə edilməsi

SƏTƏM hesabatları, statistika və KPI-ların izlənməsi

Dövlət qurumları ilə koordinasiya və yoxlamaların idarə

edilməsi

Sistem qurulması və idarə edilməsi

Microsoft Excel, Word və Outlook

Raul Damət Səmədli
Minimum maaş:

2000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin