Məsuliyyətli, ünsiyyətcil və öyrənməyə açıq biriyəm. İşə qəbul və HR sahəsinə xüsusi marağım var və bu istiqamətdə peşəkar biliklərimi inkişaf etdirmək üçün İşə qəbul mütəxəssisi kursu keçmişəm. Sənədlərlə işləmək, iş prosesini təşkil etmək, insanlarla düzgün ünsiyyət qurmaq və komandada işləmək bacarıqlarına sahibəm. Yeni bilik və bacarıqları tez mənimsəyir, verilən tapşırıqları məsuliyyətlə və diqqətlə yerinə yetirirəm. Karyeramı HR və işə qəbul sahəsində inkişaf etdirməyi hədəfləyirəm.
Naxçıvan Dövlət Universitetində Rus dili müəllimliyi ixtisası üzrə ali təhsil almışam. Təhsil müddətində rus dili üzrə biliklərimi inkişaf etdirmiş, ünsiyyət, təşkilati və sənədlərlə işləmə bacarıqlarımı formalaşdırmışam.
VMF şirkətində baş direktor köməkçisi vəzifəsində çalışmışam. İşə qəbul prosesində iştirak etmiş, müxtəlif vəzifələr üzrə işçi tələblərinin hazırlanması və namizədlərlə ilkin əlaqənin qurulmasını həyata keçirmişəm. Əmrlərin, rəsmi yazışmaların və digər işçi sənədlərinin hazırlanması, rəhbərliyin elektron poçt yazışmalarının idarə olunması, Excel və 1C proqramlarında məlumatlarla işləmək və sənədlərin sistemləşdirilməsi üzrə təcrübə əldə etmişəm. Eyni zamanda, İşə qəbul mütəxəssisi üzrə peşəkar kurs keçmişəm və HR sahəsində biliklərimi inkişaf etdirmişəm.