Özümü daim inkişaf etdirməyə və IT sahəsində, xüsusilə şəbəkə administrasiyası istiqamətində peşəkarlaşmağa çalışıram. Hazırda CCNA üzrə biliklərimi möhkəmləndirir, VLAN, OSPF, DHCP, ACL, routing və digər şəbəkə texnologiyalarını həm nəzəri, həm də praktiki lablarla öyrənirəm. Məqsədim sadəcə sertifikat əldə etmək deyil, real problemləri analiz edib həll edə bilən güclü Network Administrator olmaqdır. Bunun üçün hər gün yeni biliklər qazanmağa və zəif olduğum mövzular üzərində işləməyə davam edirəm.
Bakı Sənayə Texnologiya kollecində Avtomatlaşdırılmış sistemlər və hesablama texnikası proqram təminatı üzrə təhsilimi bitirdikdən sonra hərbi xidmətə yola düşdüm. İT Help desk üzrə NetLine Academydə kursa başladım və bitirdikdən sonra Destec Group MMC də İT Texnik olaraq işə başladım. İşlədiyim müddət ərzində Şəbəkə Adminliyə kursuna başladım.
Hal hazırda Destec Group MMC də İT Texniki Mütəxəssis olaraq işləyirəm.