TƏRCÜMEYİ-HAL
Mən, Süleymanzadə Arslan, məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan bir əməkdaşam. Avtomobil sektorunda müxtəlif istiqamətlər üzrə iş təcrübəsinə malikəm.
2023-cü ildən etibarən SR Group / Changan Azerbaijan şirkətində həm stok menecer, həm də təhlükəsizlik əməkdaşı vəzifələrində çalışmışam. Stok menecer kimi avtomobillərin, ehtiyat hissələrinin, aksesuarların və digər məhsulların uçotu, qəbulu, yerləşdirilməsi və nəzarəti ilə məşğul olmuşam. Təhlükəsizlik əməkdaşı kimi isə müəssisədə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmiş, ərazinin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsində iştirak etmişəm.
SƏTƏM və təhlükəsizlik sahəsində müvafiq beynəlxalq sertifikatlarım mövcuddur. Bu sahəyə xüsusi marağım var və əldə etdiyim bilikləri praktiki iş təcrübəmlə inkişaf etdirməyə çalışıram.
Məsuliyyətli, diqqətli, operativ qərar qəbul etməyi bacaran və komandada işləməyə uyğun biriyəm. Yeni bilik və bacarıqları mənimsəməyə həvəsliyəm.
Əsas məqsədim SƏTƏM sahəsində peşəkar fəaliyyətimi inkişaf etdirmək, mövcud bilik və təcrübəmi tətbiq etməklə müəssisədə sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına töhfə verməkdir.
Hörmətlə,
Süleymanzadə Arslan
2017 ilden rəsmi olaraq əmək fəaliyyeti ilə məşğulam