Şəxsi məlumatlar
270 saylı tam orta məktəb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
Orta təhsil
2013-cü ildən etibarən pərakəndə satış sektorunda fəaliyyət göstərirəm. Əmək fəaliyyətimə Araz Marketlər Şəbəkəsində satıcı vəzifəsində başlamışam. 11 il ərzində müxtəlif vəzifələrdə çalışaraq satış, satınalma, kateqoriya idarəçiliyi və rəhbərlik sahələrində geniş təcrübə əldə etmişəm.
Son 3 ilə yaxın müddətdə isə Tamstore Marketlər Şəbəkəsində Meyvə-Tərəvəz Kateqoriya Müdiri vəzifəsində fəaliyyət göstərmişəm. Bu müddət ərzində kateqoriyanın idarə olunması, məhsul çeşidinin formalaşdırılması, təchizat və satınalma proseslərinin təşkili, satışların artırılması və kateqoriyanın inkişafı istiqamətində fəaliyyət göstərmişəm.
Ümumi iş təcrübəm: 14 ildən artıq
Əsas fəaliyyət sahələrim: Pərakəndə satış, satınalma, kateqoriya idarəçiliyi, meyvə-tərəvəz kateqoriyası və komanda rəhbərliyi.