Mən Sevinc Xanayeva, Bakı Dövlət Universitetinin İnformatika müəllimliyi ixtisasını 91 ortalama ilə bitirmişəm. Təhsil müddətində Statistika, Ehtimal nəzəriyyəsi, Diskret riyaziyyat və Hesablama riyaziyyatı kimi fənlər üzrə biliklər əldə etmişəm. Analitik və məntiqi düşünmə qabiliyyətim güclüdür və rəqəmlərlə işləməyi sevirəm.
Data Analitika və Python üzrə əlavə təhsil almışam. Excel, SQL, Power BI və Python üzrə praktiki biliklərə sahibəm. Excel-də formulalar, Pivot Table və məlumatların təhlili, Power BI-də Power Query, DAX, məlumat modelləşdirmə və dashboard hazırlanması, SQL-də məlumatların seçilməsi, JOIN, GROUP BY, aqreqasiya funksiyaları, analitik funksiyalar və subquery ilə işləmə bacarıqlarım var. Müştəri, satış və maliyyə analizi istiqamətində layihələr üzərində çalışmışam.
Həmçinin METAK şirkətində Planlama üzrə təcrübə qazanmışam. Bu müddətdə planlama prosesləri və məlumatlarla işləmə üzrə praktiki təcrübə əldə etmişəm.
Hazırda mühasibatlıq üzrə əlavə təhsil alıram və maliyyə-mühasibatlıq sahəsi üzrə əsas biliklərimi inkişaf etdirirəm. Yeni bilikləri tez öyrənməyə, onları praktikada tətbiq etməyə və daim öz üzərimdə işləməyə çalışıram.
Məsuliyyətli, diqqətli, öyrənməyə həvəsli və komandada işləməyi bacaran biriyəm. Əsas karyera istiqamətimi data analitikası, rəqəmsallaşdırma və məlumatların təhlili ilə bağlı sahələrdə görürəm. Eyni zamanda analitik bacarıqlarımı tətbiq edə biləcəyim maliyyə, bankçılıq, risk, planlama və biznes prosesləri üzrə vəzifələrdə də inkişaf etməyə açığam. Məqsədim əldə etdiyim bilikləri real iş mühitində tətbiq etmək, praktiki təcrübə qazanmaq və peşəkar olaraq inkişaf etməkdir.
Bakı Dövlət Universiteti (BDU)
İxtisas: İnformatika müəllimliyi
İllər: 2022 – 2026
Şirkət: METAK MMC
Vəzifə: Planlama üzrə kiçik mütəxəssis / təcrübəçi
Müddət: Avqust 2026 - Sentyabr 2026
Öhdəliklər: