Mən Bakı Mühəndislik Universitetində Logistika və Nəqliyyat Texnologiyaları Mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan 4-cü kurs tələbəsiyəm. Logistika, təchizat zəncirinin idarə edilməsi, satınalma və beynəlxalq daşımalar sahələrinə xüsusi marağım var.
Təhsil müddətində logistika və nəqliyyat prosesləri, təchizat zəncirinin əsas prinsipləri, satınalma prosesləri, nəqliyyat sənədləri, gömrük prosedurları və yükdaşıma əməliyyatları üzrə nəzəri biliklər əldə etmişəm. Eyni zamanda, logistika və satınalma istiqamətində praktiki təcrübə qazanaraq real iş proseslərinin necə həyata keçirildiyini öyrənmişəm. Gömrük brokerliyi sahəsində də təcrübə keçərək gömrük rəsmiləşdirilməsi və müvafiq sənədlərlə işləmə prosesləri ilə tanış olmuşam.
Bakalavr - Bakı Mühəndislik Universiteti
CaspianAS - Gömrük Brokeri
IKMA - Satınalma və Logistika