Yeni biliklər əldə etməyə, müasir texnologiyaları və rəqəmsal həlləri iş proseslərində tətbiq etməyə maraqlıyam. Komanda ilə işləməyi, təşəbbüskarlıq göstərməyi və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sistemli yanaşma tətbiq etməyi bacarıram. Daim öz üzərimdə işləməyi, peşəkar bilik və bacarıqlarımı təkmilləşdirməyi, çalışdığım təşkilatın inkişafına və fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verməyi əsas hədəflərimdən hesab edirəm.
Marioupol Dövlət Universiteti
Dövlət və özəl sektorda satınalma, təchizat, müqavilələrin idarə edilməsi və təchizatçıların qiymətləndirilməsi sahələrində praktiki təcrübəyə malik satınalma mütəxəssisiyəm. Satınalma prosesinin ilkin tələbatın müəyyənləşdirilməsindən başlayaraq bazar araşdırması, kommersiya təkliflərinin toplanması və müqayisəsi, təchizatçıların qiymətləndirilməsi, satınalma sənədlərinin hazırlanması və müqavilələrin icrasına nəzarət mərhələlərinədək idarə olunması üzrə təcrübəm var.