Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Təhsil və elm
/
Digər
/
Sumqayıt
/
Project Coordinatior and Partnerships Manager
Elanı Seçilmişlərə əlavə edin

AF

Aysu Fariz Əzimzadə

Project Coordinatior and Partnerships Manager
1800 ₼
/ ayda
Şəhər
Sumqayıt
Yaş
24
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər
№ 619185
Dərc edilib: 09.10.2026
Baxış sayı: 63
Şəhər
Sumqayıt
Yaş
24
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər

Haqqımda

Beynəlxalq təhsil, tərəfdaşlıqların idarə edilməsi və layihələrin koordinasiyası sahələrində 5 ildən artıq təcrübəyə malikəm. Layihələrin planlaşdırılması və koordinasiyası, iş proseslərinin təşkili, sənədləşmə, hesabatlılıq, komanda idarəetməsi və maraqlı tərəflərlə effektiv kommunikasiyanın qurulması üzrə təcrübəm var.

Strukturlaşdırılmış və nəticəyönümlü iş yanaşmasına üstünlük verir, detallara diqqət yetirir, vaxtın düzgün idarə edilməsinə və tapşırıqların vaxtında yerinə yetirilməsinə önəm verirəm. Problemlərin həlli, prioritetlərin müəyyənləşdirilməsi, danışıqların aparılması və müxtəlif tərəflər arasında koordinasiyanın təmin edilməsi güclü tərəflərimdəndir.

Beynəlxalq əməkdaşlıq, layihə idarəetməsi və biznes proseslərinin təkmilləşdirilməsi istiqamətlərində bilik və bacarıqlarımı davamlı inkişaf etdirirəm. Microsoft Office, Excel, CRM sistemləri, SAP Business Network və DocuSign ilə işləmək təcrübəsinə malikəm. Azərbaycan, ingilis və türk dillərində ünsiyyət qururam.

Məqsədim mövcud təcrübəmi tətbiq edərək layihələrin uğurlu icrasına, komanda əməkdaşlığının gücləndirilməsinə və təşkilati məqsədlərə nail olunmasına töhfə verməkdir.


Təhsil: Ali

Bakalavr - Bakı Dövlət Universiteti - Dövlət və İctimai Münasibətlər (tədris ingilis dilində) - GPA 98/100, Fərqlənmə diplomu - 15.09.2019 - 15.07.2023

Magistratura - Kaunas University of Technology (Litva Respublikası) - Public Policy and Security (ingilis dilində) - GPA 9/10, 01.09.2023 - 31.01.2025


İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Son 3 ildəki təcrübələrim:

1. Qartal Tikinti

Vəzifə: Project Coordinator / Layihə koordinatoru

İş dövrü: İyul 2026 – hazırda

  1. Davam edən layihələr üzrə gündəlik işlərin, sənədləşmənin və əlaqəli proseslərin koordinasiyası.
  2. Layihələr üzrə hesab-fakturaların hazırlanması, təqdim edilməsi və izlənilməsi.
  3. Müştərilər və tərəfdaşlarla işgüzar yazışmaların və müntəzəm kommunikasiyanın aparılması.
  4. Tender imkanlarının monitorinqi və uyğun layihələr üzrə məlumatların toplanması.
  5. Kommersiya və qiymət təkliflərinin hazırlanması, yenilənməsi və yoxlanılmasına dəstək.
  6. Texniki və kommersiya sənədlərinin tərcüməsi və hazırlanması.
  7. Qiymət məlumatlarının, hesablamaların və Excel cədvəllərinin yoxlanılması.
  8. PO (Purchase Order), Invoice, Delivery Note, NDA və digər layihə sənədləri ilə işləmək.
  9. Təkliflərdə və eskizlərdə dəyişikliklərin koordinasiyası, uyğunsuzluqların aradan qaldırılmasına dəstək.
  10. SAP Business Network və DocuSign platformalarından istifadə.

2. UniDream LLC

Vəzifə: Partnerships Manager

İş dövrü: Yanvar 2026 – hazırda

  1. Beynəlxalq universitetlər və təhsil müəssisələri ilə strateji tərəfdaşlıqların qurulması və inkişaf etdirilməsi.
  2. Yeni tərəfdaşların araşdırılması, ilkin əlaqələrin yaradılması və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi.
  3. Potensial tərəfdaşlarla işgüzar yazışmaların, görüşlərin və danışıqların təşkili.
  4. Tərəfdaşlıq təkliflərinin hazırlanması və müqavilə proseslərinin koordinasiyası.
  5. Mövcud tərəfdaşlarla əlaqələrin idarə edilməsi və əməkdaşlığın davamlılığının təmin olunması.
  6. Beynəlxalq təhsil bazarlarının və yeni biznes imkanlarının araşdırılması.
  7. Universitetlər, tələbələr və digər maraqlı tərəflər arasında kommunikasiya və koordinasiyanın təmin edilməsi.
  8. Beynəlxalq təhsil sərgilərində və işgüzar görüşlərdə şirkətin təmsil olunması.
  9. Bir dövlət universiteti ilə əməkdaşlıq təşəbbüsünün irəli sürülməsi və koordinasiyası.
  10. 5-dən çox təhsil müəssisəsi və dil mərkəzi ilə potensial əməkdaşlıq imkanlarının araşdırılması.

3. UniDream LLC

Vəzifə: International Admissions Manager

İş dövrü: Fevral 2023– Yanvar 2026

  1. Xarici universitetlərə qəbul proseslərinin və tələbə müraciətlərinin idarə edilməsi.
  2. Tələbələrin universitet və proqram seçimində istiqamətləndirilməsi.
  3. Qəbul sənədlərinin hazırlanması, yoxlanılması və təqdim edilməsinin koordinasiyası.
  4. Universitetlərin qəbul tələblərinin araşdırılması və müraciətlərin statusunun izlənilməsi.
  5. Tələbələr, valideynlər və universitet nümayəndələri ilə işgüzar kommunikasiyanın aparılması.
  6. 7 nəfərə qədər qəbul mütəxəssisindən ibarət komandanın işinin koordinasiyası.
  7. Tapşırıqların bölüşdürülməsi, iş proseslərinin izlənilməsi və son tarixlərə riayət olunmasına nəzarət.
  8. CRM və məlumat bazalarının idarə edilməsi, hesabatların hazırlanması və məlumatların yenilənməsi.
  9. Daxili iş proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılmasına dəstək.
  10. 100-dən çox tələbə və müştərinin qəbul proseslərinin idarə edilməsində iştirak.
Aysu Fariz Əzimzadə
Minimum maaş:

1800 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin