2 ildən artıqdır ki, Qrafik Dizayn sahəsində fəaliyyət göstərirəm. Peşəkar fəaliyyətimə Agentlikdə Qrafik Dizayner kimi başlamış, müxtəlif vizual və dizayn layihələri üzərində çalışmışam. Daha sonra əldə etdiyim təcrübəni bölüşmək və yeni başlayan dizaynerlərin inkişafına dəstək olmaq məqsədilə Qrafik Dizayn üzrə mentor kimi fəaliyyət göstərmişəm.
Yaradıcı düşüncəyə, detallara diqqətə və daim yeni biliklər öyrənməyə önəm verirəm. Komanda ilə işləməyi, verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirməyi bacarıram. Məqsədim həm peşəkar bacarıqlarımı inkişaf etdirmək, həm də çalışdığım komandaya kreativ və effektiv dizayn həlləri ilə töhfə verməkdir.
Innovative Group MMC — Qrafik Dizayner / Mentor
23.02.2026 – 30.09.2026
Qrafik dizayn üzrə tələbələrə praktiki dəstək göstərmiş, dizayn proqramlarının öyrədilməsi və praktiki tapşırıqların hazırlanması ilə məşğul olmuşam. Tələbələrin layihələrini yoxlamış, onların inkişafına istiqamət vermiş və dizayn sahəsində praktiki bacarıqlarının formalaşmasına dəstək olmuşam.
Freelancer — Qrafik Dizayner
27.11.2025 – 27.01.2026
Fərdi sifarişlər əsasında sosial media, reklam və digər vizual materialların hazırlanması ilə məşğul olmuşam. Müştəri tələblərinə uyğun kreativ və funksional dizaynlar hazırlamışam.
Refref Media Agentliyi — Qrafik Dizayner
01.07.2025 – 27.11.2025
Sosial media üçün post, reklam və digər vizual materiallar hazırlamışam. Brend üslubuna uyğun dizaynlar üzərində çalışmış, müxtəlif layihələr üçün kreativ vizual həllər yaratmışam.
ES Design Group — SMM Menecer
04.08.2024 – 23.11.2024
Sosial media hesablarının idarə olunması, kontent planlaşdırılması və vizual materialların hazırlanması ilə məşğul olmuşam. Sosial media üçün kreativ ideyaların hazırlanmasında və həyata keçirilməsində iştirak etmişəm.
City Media Group MMC — SMM Menecer
01.05.2024 – 01.08.2024
Sosial media səhifələrinin idarə edilməsi, kontent planlaşdırılması və hazırlanması, həmçinin sosial media üçün qrafik və vizual materialların hazırlanması üzrə fəaliyyət göstərmişəm.