Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
Nəqliyyat, daşınma və logistika
/
Nəqliyyat, daşınma və logistika
/
Bakı
/
Logistika
Elanı Seçilmişlərə əlavə edin
Nicat Suqrət Quliyev

Nicat Suqrət Quliyev

Logistika
1800 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
25
Təhsil
Elmi dərəcə
İş təcrübəsi
1 ildən 3 ilə qədər
№ 619326
Yeniləndi: 28.10.2026
Baxış sayı: 129
Şəhər
Bakı
Yaş
25
Təhsil
Elmi dərəcə
İş təcrübəsi
1 ildən 3 ilə qədər

Haqqımda

Beynəlxalq logistika, satınalma və təchizat zənciri proseslərinin koordinasiyası üzrə təcrübəli mütəxəssisəm. Sifarişlərin idarəolunması, tədarükçülər və tərəfdaşlarla əlaqələrin koordinasiyası, beynəlxalq daşımaların təşkili və sənədləşmə prosesləri üzrə

təcrübəyə malikəm. Analitik yanaşması, detallara diqqəti və çoxdilli ünsiyyət bacarıqları sayəsində əməliyyat proseslərinin səmərəli idarə olunmasına və təchizat zəncirinin optimallaşdırılmasına töhfə verirəm.


Təhsil: Elmi dərəcə

Fəlsəfə Doktoru – Biznes, Logistika / Istanbul Gedik Universiteti (2024 - davam edir)

▪ İstanbul, Türkiyə

• Orta bal (GPA): 3.53

Magistr – Beynəlxalq Menecment / IU International University of Applied Sciences (2022-2024)

▪ Berlin, Almaniya

• Magistr işi: Elektron İdarəetmədə Strateji Menecment

• Orta bal (GPA): 3.5

Bakalavr – Biznesin İdarə Edilməsi ADA Universiteti (2018-2022)

▪ Bakı, Azərbaycan

• Orta bal (GPA): 3.0


İş təcrübəsi: 1 ildən 3 ilə qədər

ALCO MMC - Logistika üzrə apacıcı mütəxəssis / ▪ Bakı, Azərbaycan

Fevral 2026 – May 2026

• Beynəlxalq idxal/ixrac daşımaları və ölçüləri normadan artıq yüklər daxil olmaqla layihə yüklərinin idarə olunması.

• İxrac daşımaları üzrə rezervasiyaların, Shipping Instructions və Verified Gross Mass məlumatlarının təqdim edilməsinin və

BL/SWB sənədlərinin hazırlanmasının koordinasiyası.

• Yekun daşınma sənədlərinin yoxlanılması və müştəri tələblərinə uyğun düzəlişlərin təmin edilməsi.

• Zavoddan konteynerlərin həftəlik göndəriş cədvəllərinin izlənməsi və əməliyyat gecikmələrinin qarşısının alınması.

• İdxal yükləri üçün nəqliyyatın təşkili, gömrük sənədlərinin yoxlanılması və Qısa İdxal Bəyannamələri üçün sənədlərin

hazırlanması.

Balena Projects - Logistika koordinatoru (Vəzifə artımı) ▪ Bakı, Azərbaycan

Oktyabr 2025 - Fevral 2026

• Beynəlxalq idxal/ixrac daşımaları və layihə yüklərinin idarə olunması.

• Rezervasiya təsdiqindən terminala təhvil müddətinə qədər bütün mərhələlərin koordinasiyası.

• Müştəri, daşıyıcı, terminal və gömrük brokerləri arasında əsas əlaqələndirici şəxs kimi çıxış.

• Konteyner daşınması, yerüstü nəqliyyat və yüklərin başqa nəqliyyat növünə ötürülməsi əməliyyatlarına nəzarət.

• Pulsuz saxlama müddətindən maksimum istifadə edərək cərimələrin qarşısının alınması.

• Ölçüləri normadan artıq yüklər üçün marşrut icazələrinin, eskort və xüsusi texnikanın təşkili.

Balena Projects - Kiçik logistika koordinatoru (Vəzifə artımı) ▪ Bakı, Azərbaycan

Mart 2025 - Oktyabr 2025

• Daxili daşımalar və yerüstü nəqliyyat proseslərinin təşkili.

• Gəmi və qatar cədvəllərinin izlənməsi (gəliş–gediş vaxtları).

• Yüklərin təhvil sənədlərinin, buraxılış məktublarının və gömrük sənədlərinin düzgünlüyünə nəzarət.

• Yükləmə, boşaltma, bərkidilmə və təhlükəsizlik tədbirlərinin təşkili.

• Müştərilərə mütəmadi status hesabatlarının verilməsi.

• Sürücülər və dəmir yolu operatorları ilə birbaşa əlaqə.

Balena Projects - Əməliyyatlar üzrə kiçik mütəxəssis ▪ Bakı, Azərbaycan

Mart 2025 - May 2025

• Müştərilərdən daxil olan qiymət sorğularının qəbul edilməsi, layihə tələblərinə uyğun təhlil edilməsi.

• Layihə xərclərinin hesablanması, tarif cədvəllərinin tərtibi.

• Podratçı və tərəfdaşlarla danışıqlar apararaq müştərilər üçün fərdi təkliflərin hazırlanması.

• Dəniz daşıyıcıları cədvəlləşmə və nəqliyyat sənədlərinin hazırlanması proseslərinə dəstək göstərilməsi.

• Terminal və limanlarla əlaqə saxlayaraq yüklərin saxlanması, yüklənməsi və əməliyyat cədvəllərinin koordinasiyası.

• Logistika koordinatorları ilə birgə çalışaraq layihə yükləri üzrə praktiki əməliyyat təcrübəsinin əldə edilməsi.

GAO Tek - Komanda üzrə Köməkçi Təcrübəçi / ▪ Berlin, Almaniya

2023

• Şirkətin strateji məqsədlərinin formalaşdırılması prosesində rəhbər heyətə dəstək göstərilməsi.

• Əməliyyat nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

• Komanda lideri yardımçısı olduqdan sonra yeni təcrübəçilər üçün məsləhətçi və əlaqələndirici rolunda çıxış edilməsi.

Nicat Suqrət Quliyev
Minimum maaş:

1800 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin