Peşəkar fəaliyyətim ərzində gəmi təmiri şirkətində əvvəlcə "Referent", daha sonra isə "Qiymətləndirmə və Müqavilələr üzrə mütəxəssis" vəzifələrində çalışmışam. İstehsalat və sənaye sahəsində fəaliyyət göstərən bu şirkətdə rəsmi və işgüzar yazışmaların hazırlanması, daxil olan və göndərilən sənədlərin qeydiyyatı və yönləndirilməsi, sənəd dövriyyəsinin təşkili, müqavilələrin idarə olunması, icra müddətlərinə nəzarət, arxivləşdirmə və müxtəlif şöbələrlə koordinasiya üzrə praktiki təcrübə qazanmışam.
Bu təcrübə sənədlərin qəbulu və qeydiyyatı, inzibati sənədlərin hazırlanması, elektron sənəd dövriyyəsinin aparılması, sənədlərin icra vəziyyətinin izlənilməsi, hesabatların hazırlanması və kargüzarlıq işləri ilə birbaşa uyğunluq təşkil edir. İş prosesində dəqiqliyə, məsuliyyətə və məxfiliyin qorunmasına xüsusi önəm verir, tapşırıqları müəyyən edilmiş müddətlərdə və sistemli şəkildə yerinə yetirməyə çalışıram.