Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
İnzibati dəstək
/
Bakı
/
HR/Sənədləşmə üzrə Mütəxəssis
Elanı Seçilmişlərə əlavə edin
Aydan Elgiz  Qasımova

Aydan Elgiz Qasımova

HR/Sənədləşmə üzrə Mütəxəssis
1000 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
20
Təhsil
Natamam ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
№ 619362
Dərc edilib: 12.10.2026
Baxış sayı: 105
Şəhər
Bakı
Yaş
20
Təhsil
Natamam ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər

Haqqımda

İnsan resursları idarəçiliyi, arxiv işi və inzibati sənəd dövriyyəsi üzrə təcrübəyə malik HR mütəxəssisi. Əmək qanunvericiliyi və korporativ siyasətlərə uyğun olaraq əmək müqavilələrinin, əmrlərin, işçi şəxsi işlərinin və digər HR sənədlərinin hazırlanması, qeydiyyatı, saxlanması və uçotu istiqamətlərində çalışıram. İşçi qəbulu, adaptasiya (onboarding), məzuniyyət və ezamiyyət proseslərinin sənədləşdirilməsi, əmək münasibətlərinin idarə olunması, sənəd nomenklaturunun tərtibi, arxiv sisteminin qurulması və nəzarəti üzrə praktiki biliklərə sahibəm. Məlumatların məxfiliyinə, analitik yanaşmaya, detallara diqqətə və vaxtında icraya üstünlük verirəm. Bank və ofis sahəsində peşəkar inkişaf edərək HR proseslərinin səmərəliliyinin artırılmasına və korporativ uyğunluğun (compliance) təmin olunmasına töhfə verməyi hədəfləyirəm.


Təhsil: Natamam ali

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Qiyabi təhsil, Bakalavr səviyyəsi

İxtisas: Marketinq (QƏTM)

2023 – hazırda

  1. İqtisadiyyat, menecment, marketinq və biznes kommunikasiyası üzrə nəzəri və praktiki biliklər əldə edilir
  2. Təhsil ilə paralel olaraq insan resursları, sənəd dövriyyəsi və inzibati idarəetmə sahəsində peşəkar təcrübə toplanılır
  3. Marketinq biliklərinin HR proseslərində tətbiqi: işəgötürən brendinin formalaşdırılması (employer branding), vakansiyaların təqdimatı və namizədlərin cəlbi

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Intransco LLC | İnsan resursları üzrə mütəxəssis

01.05.2026 – hazırda

  1. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin, əmrlərin (qəbul, köçürmə, məzuniyyət, xitam) və işçi şəxsi işlərinin hazırlanması, qeydiyyatı və uçotunun aparılması
  2. Məzuniyyət haqqının, işdən azad olma zamanı son haqq-hesabın hesablanması və müvafiq əmrlərin rəsmiləşdirilməsi, ƏMAS üzrə proseslərin icrası
  3. Şirkətin icra işlərinin idarə olunması: icra məmurları və hüquqşünaslarla əməkdaşlıq, mübahisəli və problemli məhkəmə işlərinin izlənilməsi və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
  4. İşçi qəbulu, adaptasiya (onboarding) və işdən azad edilmə proseslərinin sənədləşdirilməsi, HR sənəd dövriyyəsinin məxfiliyinin və korporativ prosedurlara uyğunluğunun (compliance) təmin edilməsi

Prince MMC | Reception / İşə qəbul üzrə assistent

11.07.2025 – 20.02.2026

  1. Qonaqların qarşılanması, telefon və e-poçt yazışmalarının idarə olunması, otel xidmətləri üzrə məlumatların təqdim edilməsi
  2. Vakansiyaların elan olunması, namizədlərin cəlb edilməsi və CV-lərin ilkin seçiminin aparılması
  3. İlkin telefon və onlayn müsahibələrin təşkili, işə qəbul prosesinin sənədləşdirilməsi və hazırlanması

Darya MMC | Ofis meneceri

05.04.2025 – 07.07.2025

  1. Ofisin gündəlik işinin təşkili, inzibati idarəetmə və sənəd dövriyyəsinin aparılması
  2. Rəhbərlik üçün inzibati dəstək, görüşlərin planlaşdırılması və yazışmaların idarə olunması
  3. Yeni işçilərin adaptasiyasında (onboarding) iştirak, ofis xərclərinə və ehtiyat təminatına nəzarət

YapıKredi Bank Azərbaycan | Arxiv işləri üzrə icraçı mütəxəssis (təcrübə)

23.09.2024 – 23.12.2024

  1. Arxivə daxil olan sənədlərin təhlili, yoxlanılması və ABS arxiv bölməsinə qəbul edilməsi
  2. Kassa əməliyyatı sənədlərinin və Worldcard sənədlərinin elektron sistemdə ID kodu ilə arxivləşdirilməsi
  3. Audit və məhkəmə tələbləri üzrə sənədlərin akt vasitəsilə təhvil-təslimi, filiallar üzrə düzgün yerləşdirilməsi

Azelko MMC | İnsan resursları üzrə kiçik mütəxəssis (təcrübə)

20.09.2023 – 28.03.2024

  1. Yeni əmək müqavilələrinin hazırlanması, işə qəbul prosedurlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsi
  2. ƏMAS portalında əmək münasibətləri üzrə proseslərin icrası
  3. Aylıq iş vaxtı uçotu (tabel) cədvəlinin hazırlanması, ərizə, izahat və digər kadr sənədlərinin tərtibi
Aydan Elgiz Qasımova
Minimum maaş:

1000 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin