Bakıda anadan olmuşam. Evliyəm və 2 azyaşlı övladım var. İş fəaliyyətim boyunca kollektivlə işləməyi hər zaman üstün tutmuşam və komanda işinə tez uyğunlaşan, məsuliyyətli əməkdaş kimi tanınmışam. 15 ildən artıq iş təcrübəm ərzində iş yoldaşlarım və rəhbərliklə heç bir insident yaşamamış, sağlam və peşəkar iş münasibətlərini qorumuşam.
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə, müəssisənin daxili qayda və prosedurlarına riayət etməyə xüsusi önəm verirəm. İşlərimin keyfiyyətli, dəqiq və nəticəyönümlü icra olunmasına çalışıram. Təşkilatçılıq bacarığına malik, məsuliyyətli, intizamlı, dürüst və öyrənməyə açıq bir əməkdaşam. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün həm fərdi, həm də komanda şəklində səmərəli fəaliyyət göstərə bilirəm. İşimdə daim inkişaf etməyə və müəssisəyə fayda verməyə çalışıram.
Türkiyə, Ərzurum şəhərində Atatürk unversitetində İctimaiyyətlə Əlaqələr və Reklam Lisenziyası fakultəsində təhsil almışam.
2008-2012 ci ildə Gözdən əlillər cəmiyyətində, Operator vəzifəsində
2012-2013 cü il Socar Petroleum QSC-də Qeyri neft sektoru market-kafedə ofisant
2013-2016 cı il Socar Petroleum QSC-də Neft sektorunda Yanacaq doldurma məntəqəsində Doldurucu vəzifəsində.
2016-2017 ci ildə Şəxsi bizneslə məşqul olmuşam restoran işlədmişəm.
2017-2020 ci ildə Türkiyədə Antalya şəhəri Kəmər bölgəsində Hotelde çamaşırxanada işləmişəm.
2020-2025 ci ildə Azərbaycan Supermarket MMC də, Qiymətlərə nəzarət vəzifəsində 2 il 5 ay daha sonra ki, illərdə Malların qəbulu üzrə köməkçi vəzifəsində işləmişəm.
2025- ci ildən Catering 145 Group də Anbardar vəzifəsində işləyirəm.