Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Menecment
/
Bakı
/
HR assistenti
Elanı Seçilmişlərə əlavə edin
Səma Taleh Səfərova

Səma Taleh Səfərova

HR assistenti
500 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
22
Təhsil
Natamam ali
İş təcrübəsi
1 ildən aşağı
№ 619416
Dərc edilib: 13.10.2026
Baxış sayı: 101
Şəhər
Bakı
Yaş
22
Təhsil
Natamam ali
İş təcrübəsi
1 ildən aşağı

Haqqımda

İnsan Resursları sahəsində praktiki təcrübəyə malik mütəxəssisəm. Hazırda Growth consulting services şirkətində İnsan Resursları üzrə mütəxəssis kimi çalışıram. Əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, məzuniyyətlərin rəsmiləşdirilməsi və hesablanması, məzuniyyət qrafikinin hazırlanması, işə qəbul və xitam proseslərinin sənədləşdirilməsi, tabel və davamiyyət uçotunun aparılması, əmək haqqının hesablanması üzrə gündəlik əməliyyatları icra edirəm.

Bundan əvvəl ƏƏSMN-nin "Sosial Tərəfdaş Layihəsi"ndə və Karyera və İşə Hazırlıq Mərkəzində təcrübə keçmişəm. Orada Əmək Məcəlləsi üzrə əməliyyatlar (ezamiyyət, məzuniyyət, xitam, son haqq-hesab), aylıq tabellərin qurulması, Əmasda əmək müqavilələrinin hazırlanması, CRM bazasında məlumatların idarə olunması və hesabatların hazırlanması ilə məşğul olmuşam.

Microsoft Excel, Word, PowerPoint, Outlook, 1C, Əmas və İSB proqramlarında işləyirəm. Excel Təlim Sertifikatı və İnsan Resursları üzrə mütəxəssis diplomum var. Analitik düşünürəm, yeni mühitə tez uyğunlaşıram, stress altında səmərəli işləyirəm və sənədlərdə dəqiqliyə xüsusi diqqət yetirirəm.


Təhsil: Natamam ali

2021-ci ildə Bakı Dövlət Universitetinin “Azərbaycan dilu və ədəbiyyatı müəllimliyi” ixtisasına 617 balla qəbul olmuşam. 2025-ci ildə bakalavr təhsilimi bitirərək ADPU-nun “Təhsil menecmenti” ixtisası üzrə magistra qəbul olsam da, 2026-cı ildə İnsan Resursları sahəsinə yönəldiyim üçün təhsilimi yarıda qoydum.


İş təcrübəsi: 1 ildən aşağı

Karyera və İşə Hazırlıq Mərkəzində həm nəzəri, həm də praktiki olaraq 4 aylıq təcrübə proqramında olmuşam. Daha sonra “Growth Consulting Services” şirkətində HR üzrə çalışmışam və hal-hazırda çalışmağa davam edirəm. Məzuniyyət qrafiklərinin hazırlanması, əmək haqqı, kompensasiya, son haqq-hesab və məzuniyyət hesablanması, işə qəbul və xitamların verilməsi, tabellərin hazırlanması və s. tipli əməliyyatları tətbiq edirəm.

Səma Taleh Səfərova
Minimum maaş:

500 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin