Analitik düşünmə, məlumatlarla işləmə, dəqiqlik və öyrənməyə açıqlıq əsas üstünlüklərimdəndir. Maliyyə hesabatları, mühasibat uçotu və Excel üzrə biliklərimi praktiki iş mühitində tətbiq edərək peşəkar təcrübə qazanmağı hədəfləyirəm. Gələcəkdə maliyyə sahəsində yüksək ixtisaslı mütəxəssis kimi formalaşmaq, bilik və bacarıqlarımla çalışacağım müəssisənin inkişafına töhfə vermək istəyirəm.
Təhsil haqqında ətraflı məlumat
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə ixtisası üzrə bakalavr təhsilimi 2022-ci ildə başa vurmuşam. Daha sonra Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma üzrə Menecment ixtisası üzrə magistratura təhsili alaraq 2026-cı ildə məzun olmuşam.
Təhsil müddətində maliyyə, mühasibat uçotu, idarəetmə və analitik düşünmə sahələri üzrə biliklər əldə etmişəm. Peşəkar inkişafımı davam etdirərək mühasibatlıq üzrə sertifikat ( Barrotson)
həmçinin MOSE Excel imtahanını uğurla tamamlamışam.
Maliyyə və mühasibatlıq sahəsində nəzəri biliklərə malikəm. Maliyyə ixtisası üzrə təhsil almışam. Həmçinin, Excel proqramı üzrə biliklərimi inkişaf etdirmişəm. Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və yeni bilikləri mənimsəmək bacarıqlarına sahibəm. Maliyyə və mühasibatlıq sahəsində praktiki təcrübə qazanaraq peşəkar inkişafımı davam etdirməyi hədəfləyirəm.