Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az



(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Rezümelər
/
Bütün rezümələr
/
İnzibati heyət
/
Menecment
/
Bakı
/
ISO standartları üzrə mütəxəssis
Elanı Seçilmişlərə əlavə edin
Vidadi Şahbaz  Davidov

Vidadi Şahbaz Davidov

ISO standartları üzrə mütəxəssis
750 ₼
/ ayda
Şəhər
Bakı
Yaş
64
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
№ 619768
Dərc edilib: 20.10.2026
Baxış sayı: 28
Şəhər
Bakı
Yaş
64
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq

Haqqımda

Müəssisələrdə Beynəlxalq İSO Standartları, o cümlədən:

• ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemləti);

• İSO 10002:2018 (Keyfiyyətin idarə edilməsi - Müştəri məmnuniyyəti);

• İSO 31000:2018 (Risklərin idarəetmə sistemi);

• ISO 14001:2015 (Ətraf mühitin idarəetmə sistemləri);

• ISO 45001:2018 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemləri);

• ISO 22000:2018 (Qida təhlükəsizliyin idarəetmə sistemləri);

• İSO 17020:2012 (Sınaq avadanlıqların idarəetmə sistemləri);

• İSO 17025:2020 (Laboratoriyalarda Keyfiyyəti idarəetmə sistemləri)

standartları üzrə aşağıdakı xidmətləri təklif edirəm:

- Yuxarıda sadalanan standartların tələblərinə uyğun İdarəetmə Sistemlərin qurulması və tətbiq olunması üzrə məsləhət (konsaltinq) xidmətləri;

- tətbiq olunan İSO standartı əsasında idarəetmə sistemi üzrə daxili təlimlərin keçirilməsi;

- idarəetmə sistemlərin tətbiqi üzrə daxili auditlərin keçirilməsi;

- İSO standartları üzrə boşluq analizinin keçirilməsi;

İdarəetmə sistemlərinin qurulmasına daxildir:

• Müəssisənin təşkilati strukturunun hazırlanması;

• Daxili nəzarət sisteminin təşkili;

• Vəzifə və peşə təlimatlarının hazırlanması;

• Müvafiq İSO standartının tələblərinə əsasən sənədlərin hazırlanması və tətbiq olunması;

• İşçilərin maarifləndirilməsi;

• Monitorinqlərin aparılması;

• Daxili auditin aparılması;

• Xarici sertifikasiya auditi zamanı dəstək;

• Həm daxili, həm də xarici audit nəticəsində aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasında köməklik göstərilməsi.


Təhsil: Ali

I –ci Təhsil : Leningrad (Sankt-Peterburq) Elektrotexnika İnstitutu

Fakultə: Avtomatika və hesablama texnikası

İxtisas: Mühəndis sistemotexnik

İxtisas artırma :

1. Moody International Certification şirkətində keyfiyyəti idarəetmə sisteminin beynəlxalq İSO 9001:2000 və İSO19011 standartları üzrə Daxili auditor kursu keçmişəm və müvafiq sertifikatım var.

2. AR “Azneftkimyamaş” ASC Təlim mərkəzində APİ Q1/İSO 9001 beynəlxalq standartı – keyfiyyəti idarəetməyə nəzarət mühəndisi ixtisası üzrə kurs keçmişəm və müvafiq sertifikatım var.

3. TSİ International Certification şirkətində keyfiyyəti idarəetmə sisteminin beynəlxalq İSO 9001 və İSO 19011 standartları üzrə Aparici auditor kursu keçmişəm və Aparıcı auditor kimi sertifikatım var (IRCA)

4. “Zaygon consalting company” MMC-də OHSAS 18001 (indiki İSO 45001) əməyin mühafizəsi və təhlükəsizlik texnikası standartı üzrə təlim kursunu keçmişəm və müvafiq sertifikatım var.

5. “Bureau Veritas” şirkəti tərəfindən təşkil edilmiş İSO 22000 (HACCP) Qida təhlükəsizliyi idartəetmə standartı üzrə Aparici auditor kursu keçmişəm və Aparıcı auditor kimi sertifikatım var (IRCA)

6. “Bureau Veritas” şirkəti tərəfindən təşkil edilmiş İSO 9001:2015 Keyfiyyəti idartəetmə standartı üzrə kursu keçmişəm və müvafiq sertifikatım var.

7. “Esenek Training Center”. Laboratoriyalarda Keyfiyyəti İdarəetmə Sistemləri və Daxili Auditor kursunu sertifikatı (A17605) (ISO 17025). (IRCA)

8. Avropa İttifaqı layihəsi əsasında sınaq avadanlıqlarının idarə edilməsi EN/ISO 17020:2012 Təlim kursu).

9. AR Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən təşkil edilmiş və TürkAK tərəfindən keçirilmiş AZS İSO/İEC 17025:2020 və AZS İSO/İEC 17011 Təlim kursu.


İş təcrübəsi: 5 ildən artıq

İş təcrübəsi - 35 ildən artıq

03/20-09/22 – “Uni Ko” QSC-də (tikinti) İSO 9001, İSO 14001 və İSO 45001 (Əvvəlki OHSAS 18001) standartları əsasında İnteqrasiya edilmiş Menecment Sistemi (İMS) üzrə menecer və daxili auditor

08/15-07/19 – “XəzərDənizServis” MMC-də (ölçü və sınaq vasitələrin kalibrasiyası) Keyfiyyət və Təhlükəsizlik idarəetmə sistemləri (QHSE) üzrə menecer

02/14-10/14 – “SƏBA” ASC-də (süd və süd məhsuları, toyuq və toyuq məhsulları, ketrinq və restoran xidmətləri) Daxili audit şöbəsinin İSO standartları, istehsalat və satış üzrə auditoru

12/09-02/14 – “Biləsuvar Aqro” MMC-də (süd emalı və süd məhsulların istehsalı) İSO 9001 və ISO 22000 üzrə Daxili audit şöbəsinin aparıcı auditoru, şöbə müdiri

03/06-02/09 – “Azalsan” MMC-də (aliminium profil istehsalı) İSO 9001 keyfiyyət standartı üzrə mühəndis, Keyfiyyəti idarəetmə sistemləri şöbəsinin müdiri

04/1986-03/2006 – “Bakı fəhləsi” neft-maşınqayırma zavodunda mühəndis, müəssisənin avtomatik idarəetmə sistemləri bürosunun rəisi, müəssisənin avtomatik idarəetmə sistemləri şöbəsinin rəis müavini, Keyfiyyətə təminat şöbəsində (İSO 9000 və İSO 9001 üzrə) sertifikatlaşma üzrə mühəndis

Eyni zamanda Fərdi sahibkar olaraq Məsləhətçi-ekspert kimi 100-ə yaxın müxtəlif sahələr üzrə müəssisələrdə İSO standartlarının (İSO 9001-Keyfiyyət, 14001-Ətraf mühit, 45001-Əməyin mühafizəsi, 22000-Qida təhlükəsizliyi, 17020-Sınaq, 17025-Laboratoriya) tələblərinə uyğun hazırlamışam, tətbiqində köməklik etmişəm və Idarəetmə sistemlərinin auditlərini yüksək səviyyədə aparmışam.

AR Akkreditasiya Mərkəzi (AzAK) ilə xidməti müqavilə əsasında Laboratoriyaların akkreditasiyası üçün qiymətləndirici və texniki ekspert kimi komisiyalarda iştirak edirəm


Bacarıqlar

Kompüter bilikləri: Microsoft Windows, Ofis proqramları Word, Excel, Power Point, Photoshop proqramları.

Dillər üzrə bilik: Azəri - əla, Rus - əla, Türk – yaxşı, İngilis – kafi.

Biznesin inkişafı və biznes risklərin qiymətləndirilməsi, SWOT analizi və KPİ-lərin hazırlanması işlərində yaxından köməklik edirəm. Biznes proseslər üzrə daxili normativ qaydaların və prosedurların hazırlanması, həmçinin daxili qaydalar üzrə metodoloji bazanın təkmilləşdirilməsi və yenilənməsi üzrə böyük təcrübəm var.

Vidadi Şahbaz Davidov
Minimum maaş:

750 ₼-dan

Elanı Seçilmişlərə əlavə edin