Mən Fəridə Məmmədova, 21 yaşım var. Məsuliyyətli, operativ və yeniliklərə açıq biriyəm. SMM sahəsində özümü inkişaf etdirməyə və komanda ilə uyğunlaşaraq işləməyə həvəsliyəm.
Sosial media marketinqi (SMM) və mobiloqrafiya sahəsində fəaliyyət göstərirəm. Səhifələrin idarə olunması, kontent planın hazırlanması, post və story dizaynlarının yaradılması, eləcə də mobil telefonla video çəkilişi və Reels/TikTok montajı bacarıqlarına sahibəm. Canva, CapCut və MS Office proqramlarından istifadə edirəm. Salia Media-da SMM və Mobiloqrafiya təlimlərini bitirmişəm.
Sağlamlıq mərkəzində SMM mütəxəssisi olaraq fəaliyyət göstərirəm. Mərkəzin sosial media səhifələrinin idarə olunması, kontent planın hazırlanması, post və story-lərin paylaşılması, video çəkilişləri və montajı işlərini görürəm. Eyni zamanda gələn mesajların cavablandırılması və pasiyentlərin qeydiyyata alınması işlərini həyata keçirirəm.