Qrafik dizayn ilə həvəskar olaraq məşğul olmuşam. Fan səhifəsi idarə edirdim və müxtəlif vizuallar hazırlayırdım. Photoshop, Illustrator və InDesign proqramlarını daha çox özüm öyrənmişəm və təbii ki, bilmədiyim məqamlar hələ də var. 5 aylıq kurs da bitirmişəm. Süni intellekt alətləri ilə işləyə bilirəm.
Bir müddət planlarım başqa idi, ona görə qrafik dizaynı əsas iş olaraq düşünmürdüm. Mənə daha çox hobby olaraq rahat idi. Bu il tamamilə kariyeramı dizayn üzrə qurmağı qərara aldım. Özümü inkişaf etdirəcəyim, təcrübə qazanacağım və öyrətməyə açıq kollektivi olan iş mühiti axtarışındayam.
PORTFOLIO:
https://www.behance.net/fatimavazirova
Bakı Mühəndislik Universiteti
Bakalavriat
Logistika ixtisası
Kargüzarlıq və satış sahələrində təcrübəm olub. 1 ildən çoxdur ki satış təmsilçiliyi etdiyim şirkətdə həm də SMM vəzifəsi yerinə yetirmişəm