Salam. Mən Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasını bitirmişəm. İş təcrübəm var, , kassir və müştəri xidmətləri sahələrində çalışmışam. İnsanlarla ünsiyyət qurmağı, onların müraciətlərini dinləyib problemlərinin həllinə kömək etməyi bacarıram. Eyni zamanda, sənədlərlə işləməyə və yeni biliklər əldə etməyə marağım var. Özümü məsuliyyətli, diqqətli, dürüst və öyrənməyə açıq biri hesab edirəm. Komanda ilə işləməyi bacarıram və üzərimə düşən vəzifələri vaxtında, dəqiq yerinə yetirməyə çalışıram. Gələcəkdə bilik və bacarıqlarımı daha da inkişaf etdirərək çalışdığım şirkətə fayda vermək və karyeramda irəliləmək istəyirəm.