2006–2015-ci illər ərzində pərakəndə satış sahəsində Mağaza Müdiri olaraq fəaliyyət göstərmişəm, kollektivin idarə olunması, satış planlaması və müştəri məmnuniyyətinin təmin edilməsi üzrə böyük təcrübə qazanmışam. Daha sonra mebel sahəsində fərdi sahibkar olaraq biznes fəaliyyəti ilə məşğul olmuşam, maddi məsuliyyətin daşınması, logistika, təchizat və operativ işlərin təşkili proseslərini birbaşa idarə etmişəm.
Hazırda sürücü-ekspeditor vəzifəsi üzrə iş axtarışındayam. Bakı şəhərinin yollarını mükəmməl tanıyıram, avtomobili tam təhlükəsiz və yol hərəkəti qaydalarına ciddi riayət edərək idarə edirəm. İdarəçilik və sahibkarlıq keçmişim sayəsində işimə qarşı son dərəcə məsuliyyətli, punktual və operativəm. Şirkət tərəfindən etibar olunacaq yüklərin vaxtında çatdırılmasını və ilkin sənədləşmə (təhvil-təslim) işlərinin tam dəqiq aparılmasını təmin edə bilərəm.
Orta təhsil
Sürücülük təcrübəm 2007-dən