Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Turizm, otellər, restoranlar
/
Restoran işi
/
Bakı
/
Supervayzer

Kitchen Plus Restaurant

Supervayzer

800 ₼ / ayda

№ 274036
Dərc edilib: 30.09.2026
Baxış sayı: 2012
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Bakı
Yaş
25 yaşdan 33 yaşadək
Təhsil
-
İş təcrübəsi
5 ildən artıq

İş barədə məlumat

Kitchen Plus restoranında xidmət prosesinin effektiv təşkili, xidmət standartlarının qorunması və komandanın idarə olunmasına cavabdeh olacaq Supervayzer vəzifəsinə namizəd axtarılır

İş şərtləri
• İş yeri: Kitchen Plus, Ağ Şəhər
• Əməkhaqqı: 800 AZN + satışdan faiz
• İş qrafiki: 10 saatlıq iş rejimi, həftədə 1 gün istirahət

• Müraciət CV-nizi mövzu hissəsinə “Supervayzer” yazaraq vacancy@concept.rest elektron poçt ünvanına göndərin.


Öhdəliklər

• Restoranın gündəlik əməliyyat və xidmət prosesinin təşkilini və fasiləsizliyini təmin etmək
• Xidmət heyətinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş prosesinə nəzarət etmək
• Ofisiant və ofisiant köməkçilərinin xidmət standartlarına uyğun fəaliyyət göstərməsini təmin etmək
• Restoranın xidmət keyfiyyətini və müştəri məmnuniyyətini daim nəzarətdə saxlamaq
• Sifarişlərin düzgün, tam və vaxtında icra olunmasını təmin etmək
• Müştəri müraciətlərini və xidmət zamanı yaranan problemləri operativ şəkildə həll etmək
• Növbə ərzində zalın, servis avadanlıqlarının və işçi sahələrinin müvafiq standartlara uyğunluğuna nəzarət etmək
• Əməkdaşların davamiyyətinə, xarici görünüşünə, uniforma və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək
• Xidmət zamanı yaranan operativ ehtiyacları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təşkil etmək
• Növbənin təhvil-təslim prosesini düzgün həyata keçirmək və baş vermiş əsas məsələlər barədə rəhbərliyə məlumat vermək
• Komandanın iş keyfiyyətini artırmaq və xidmət prosesinin davamlı təkmilləşdirilməsinə töhfə vermək


Tələblər

• Restoran, hotel, catering və ya xidmət sektorunda minimum 5 il iş təcrübəsi
• Komanda idarəetməsi və iş bölgüsünün aparılması bacarığı
• Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti
• Müştəriyönümlü yanaşma və problem həll etmə bacarığı
• Operativ qərar qəbul etmək və gərgin iş şəraitində işləmək bacarığı
• Məsuliyyətli, intizamlı və nəticəyönümlü yanaşma
• Restoran xidmət standartları barədə anlayış

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

KP

Kitchen Plus Restaurant
Supervayzer

800 ₼ / ayda

Elanı Seçilmişlərə əlavə edin