AZLUX MMC
Tam ştat iş rejimi
Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini e-poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “ Smeta mühəndisi” qeyd edilməsi xahiş olunur.
Tikinti, təmir və mühəndislik işləri üzrə smetaların hazırlanması;
Layihə və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması;
BOQ (Bill of Quantities) hazırlanması və yoxlanılması;
Material, avadanlıq və işçilik xərclərinin hesablanması;
Təchizatçı və subpodratçılardan alınan qiymət təkliflərinin müqayisəsi və təhlili;
Tender və kommersiya təklifləri üçün qiymət hesablamalarının hazırlanması;
Layihə, spesifikasiya və smeta arasındakı uyğunsuzluqların müəyyən edilməsi;
Faktiki görülmüş işlərin smeta və layihə ilə uyğunluğunun yoxlanılması;
Forma 2, Forma 3 və digər müvafiq hesabatların hazırlanması;
Layihələr üzrə maya dəyərinin və ümumi büdcənin hesablanması;
Smeta hesablamalarının layihə dəyişikliklərinə uyğun olaraq yenilənməsi;
Layihə, satınalma və tikinti komandaları ilə koordinasiyalı iş.
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Smeta mühəndisi / smetaçı vəzifəsində minimum 3 il iş təcrübəsi;
Tikinti və təmir işləri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
AutoCAD bilikləri;
Tikinti materialları və işçilik üzrə bazar qiymətləri haqqında məlumatlılıq;
BOQ və iş həcmlərinin hesablanması bacarığı;
Analitik düşüncə və detallara yüksək diqqət;
Məsuliyyətlilik və komandada işləmək bacarığı.