Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Satış və müştəri xidməti
/
Satış üzrə mütəxəssis
/
Bakı
/
Satış üzrə mütəxəssis

myfilter.az

Satış üzrə mütəxəssis

500 - 3000 ₼

№ 274460
Yeniləndi: 28.10.2026
Baxış sayı: 2943
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Bakı
Yaş
20 yaşdan 35 yaşadək
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər

İş barədə məlumat

Şirkətimizə satış sahəsində təcrübəli, yüksək danışıq və inandırma qabiliyyətinə malik, məsuliyyətli, intizamlı və nəticəyönümlü satış menecerləri tələb olunur.

Şirkətimizdə əməkhaqqı dərəcə sistemi əsasında müəyyən edilir.

  1. Başlanğıc əməkhaqqı: 450 AZN-dən
  2. İş bacarığına və nəticələrə əsasən dərəcə artımı
  3. Satışlardan əlavə faiz gəlirləri
  4. Satış planlarına görə bonus və mükafatlar
  5. Yüksək nəticə göstərən əməkdaşlar üçün 2 000–3 000 AZN aylıq qazanc imkanı

İşə qəbul olunan namizədlər məhsullar, satış strategiyaları, CRM sistemi, Excel hesabatları və müştəri xidməti üzrə 1 aylıq nəzəri və praktiki təlim mərhələsindən keçirlər.

Şirkətimizdə işə davamiyyət, punktuallıq, hesabatlılıq və tapşırıqların vaxtında icrasına ciddi nəzarət olunur.

İşə gecikmələr, qeydiyyatların aparılmaması, hesabatların gecikdirilməsi və daxili qaydaların pozulması hallarında qanunvericiliyə uyğun intizam tədbirləri tətbiq edilir.

Bizə sadəcə iş axtaran deyil, məsuliyyətli, sistemli işləyən, satış bacarığına güvənən və yüksək qazanc əldə etməyi hədəfləyən əməkdaşlar lazımdır!

İş yeri: Bakı, Yasamal rayonu/ Şah ismayıl Xətai Metro yaxinliqi

Müraciət üçün CV-nizi göndərin. 050 494 4946

ƏLAVƏ MAAŞ VƏ BONUS QAZANMAQ ÜÇÜN ÜSTÜNLÜKLƏR

  1. Yüksək satış bacarığı – Satış planlarını yerinə yetirmək və yüksək satış nəticələri göstərmək.
  2. Mükəmməl danışıq qabiliyyəti – Müştərilərlə peşəkar ünsiyyət qurmaq, onları düzgün istiqamətləndirmək və inandırmaq.
  3. Rus dili biliyi – Rusdilli müştərilərlə sərbəst ünsiyyət və satış aparmaq.
  4. CRM və Excel bilikləri – Müştəri məlumatlarını, satışları və gündəlik hesabatları dəqiq və vaxtında qeydiyyata almaq.
  5. Yüksək iş intizamı – İşə vaxtında gəlmək, tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
  6. Müştərilərlə təkrar əlaqə – Əvvəlki müraciətləri izləmək və yarımçıq qalan satışları uğurla tamamlamaq.
  7. Məhsul bilikləri – Su filtrləri və yumşaltma sistemlərinin texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəmək.
  8. Çoxkanallı satış bacarığı – Instagram, TikTok, WhatsApp, telefon və mağazadaxili müraciətlərlə effektiv işləmək.
  9. Təşəbbüskarlıq – Yeni satış imkanları yaratmaq, müştəri problemlərini müstəqil həll etmək.
  10. Yüksək müştəri məmnuniyyəti – Müştəri etibarını qazanmaq, təkrar satışlara və tövsiyələrə nail olmaq.

 Daha yüksək dərəcə və əməkhaqqı artımı bu bacarıqların qiymətləndirilməsi, satış nəticələri və iş keyfiyyəti əsasında müəyyən edilir.


Öhdəliklər

  1. Instagram və TikTok üzərindən müraciət edən müştərilərlə əlaqə qurmaq
  2. Mağazaya gələn müştəriləri qarşılamaq, məhsullar haqqında ətraflı məlumat vermək
  3. Telefon və onlayn müraciətləri peşəkar şəkildə cavablandırmaq
  4. Müştəri məlumatlarını CRM sisteminə düzgün və vaxtında daxil etmək
  5. Bütün satışların, müraciətlərin və görülən işlərin Excel proqramında qeydiyyatını aparmaq
  6. Müştəri bazasının mütəmadi yenilənməsi və ehtiyat nüsxələrinin (backup) yaradılması
  7. Əvvəlki müştərilərlə təkrar əlaqə saxlamaq, yarımçıq qalan satışları izləmək
  8. Sifarişlərin, bronların və müştəri müraciətlərinin sistemli qeydiyyatını aparmaq
  9. Gündəlik görülən işlər və satış nəticələri barədə hesabat hazırlamaq
  10. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək

Tələblər

  1. Satış sahəsində iş təcrübəsi
  2. Mükəmməl danışıq və ünsiyyət bacarığı
  3. Müştəriləri inandırmaq və satışları uğurla tamamlamaq
  4. Rus dilini bilən namizədlərə üstünlük verilir
  5. Kompüter və Excel proqramı ilə işləmək bacarığı
  6. CRM sistemləri ilə işləmək bacarığı
  7. Yüksək məsuliyyət, dəqiqlik və ciddi iş intizamı
  8. Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

MY

myfilter.az
Satış üzrə mütəxəssis

500 - 3000 ₼

Elanı Seçilmişlərə əlavə edin