Company
Mebel satışı sahəsində fəaliyyət göstərən komandamıza məsuliyyətli, ünsiyyətcil, operativ və müştərilərlə işləməyi bacaran əməkdaş axtarırıq.
İş əsasən onlayn formada həyata keçirilir. Əsas məqsəd müştərilərin suallarını vaxtında cavablandırmaq, mebel məhsulları barədə düzgün məlumat vermək və müraciətləri sifarişə çevirməkdir.
İş formatı: Məsafədən, onlayn
Mebel satışı sahəsində əvvəlki iş təcrübəsinin olması üstünlükdür. Bununla yanaşı, bu sahəyə marağı olan, mebel haqqında ilkin biliyə sahib və yeni məlumatları öyrənməyə hazır namizədlərin müraciətləri də dəyərləndiriləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanımıza və ya WhatsApp vasitəsilə göndərə bilərlər.
CV-də təhsil, iş təcrübəsi, bacarıqlar və əlaqə nömrəsinin qeyd olunması xahiş olunur. Mebel sahəsində təcrübəsi olan namizədlər bu barədə qısa məlumat əlavə edə bilərlər.