Hikvision CO MMC
Böyüyən komandamız üçün yeni əməkdaş axtarırıq.
* İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
* Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək ( şənbə günü növbəli və qısa iş günüdür)
Biz təklif edirik:
* Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
* Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
• Peşəkar və karyera yüksəlişi üçün imkanlar
* Rəqabətli əmək haqqı və müavinətlər paketi
* Yeni ideya və yanaşmalara açıq mühit
* Əmək haqqı: 1000-2000 AZN (artan əmək haqqı + yüksək bonus)
* Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron cv@hikvision.co.az
ünvanına Subject/Mövzu hissəsində “Korporativ satış meneceri” qeyd etməklə göndərmələri xahiş olunur
* Müştərilərlə əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
* Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
* Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
* Müştərilərə verilmiş təkliflər üzrə təkrar əlaqələrin qurulması
* Müqavilə, təhvil-təslim proseslərinə nəzarət edilməsi
* Ali təhsil arzuolunandır; İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə təhsili olan namizədlərə üstünlük verilir.
* İş təcrübəsi : Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi (İT və videomüşahidə kamera sistemləri satışı sahəsində təcrübə üstünlükdür)
* MS Office, CRM və digər müvafiq proqramlarda istifadə təcrübəsi
* Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
* Rus dili (Əla) , İngilis dili (arzu olunan)
* Satış sahəsinin nəzəri və praktiki bilikləri.
* Yaş : 24 – 35