Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə göstərilən e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Öhdəliklər
Sürücülər və avtomobillər üzrə uçotun aparılması
Yango və Bolt platformaları üzrə komissiya, bonus və digər maliyyə göstəricilərinin yoxlanılması
Kassa və bank əməliyyatlarının aparılması və uçotu
Maliyyə sənədlərinin düzgünlüyünə nəzarət
Gəlir və xərclərin aylıq, rüblük və illik təhlili
Maliyyə nəticələri ilə bağlı rəhbərliyə və aidiyyəti şöbələrə operativ məlumat verilməsi
Tələblər
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
MS Office proqramları üzrə bilik (xüsusilə Excel)
AR Vergi Məcəlləsi üzrə ilkin biliklər
Minimum 1 il iş təcrübəsi
Analitik düşünmə və yüksək diqqətlilik
Məsuliyyətli, dəqiq və vaxtında icra bacarığı
Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür