Azərbaycan dili
·
English
·
Русский язык
Bizimlə əlaqə
(012) 526-44-11boss@boss.az





(012) 526-44-11boss@boss.az
Azərbaycan dili
English
Русский язык
Azərbaycan dili
2006-2026 Digital Classifieds MMC. VÖEN: 1405631661
Saytın xəritəsi
Iş elanları
/
İş elanları
/
Sənaye, tikinti və istehsalat
/
Mühəndis
/
Bakı
/
HVAC mühəndis

NAT CORP MMC

HVAC mühəndis

1500 - 2000 ₼

№ 274738
Dərc edilib: 16.10.2026
Baxış sayı: 770
Elanı Seçilmişlərə əlavə edin
Şəhər
Bakı
Yaş
20 yaşdan 50 yaşadək
Təhsil
Ali
İş təcrübəsi
3 ildən 5 ilə qədər

İş barədə məlumat

Vəzifə: HVAC mühəndisi

İş yeri: NAT CORP MMC

İş qrafiki: 5 günlük iş qrafiki ( 0900 – 1800 )

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək.

Vəzifə haqqında

Şirkətimiz HVAC (Heating, Ventilation and Air Conditioning) — isitmə, havalandırma və kondisioner sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki nəzarəti sahəsində çalışacaq məsuliyyətli və peşəkar HVAC mühəndisi axtarır.

Təklif edirik

  1. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  2. Peşəkar komanda ilə işləmək;
  3. Bilik və təcrübəyə uyğun əmək haqqı;
  4. Müasir mühəndislik layihələrində iştirak imkanı.

Müraciət qaydası

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HVAC mühəndisi” qeyd etməklə aşağıdakı əlaqə vasitəsinə göndərə bilərlər.

E-mail: office@nat.az

Əlaqə nömrəsi: 010 – 256 – 01 – 78 Əsmər xanım

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Öhdəliklər

  1. HVAC sistemlərinin layihələrinin hazırlanmasında və texniki həllərin seçilməsində iştirak etmək;
  2. Çiller, fancoil, AHU, VRF/VRV və digər HVAC avadanlıqlarının texniki xüsusiyyətlərini təhlil etmək;
  3. İsitmə, soyutma və havalandırma sistemlərinin hesablamalarını aparmaq;
  4. Texniki layihələri, spesifikasiyaları və avadanlıq siyahılarını hazırlamaq;
  5. Avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi proseslərinə nəzarət etmək;
  6. Texniki sənədləri, çertyojları və işçi layihələri oxumaq və təhlil etmək;
  7. Layihələrin texniki norma və standartlara uyğunluğunu təmin etmək;
  8. Podratçılar, təchizatçılar və digər mühəndislərlə əməkdaşlıq etmək;
  9. HVAC sistemlərində yaranan texniki problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək.

Tələblər

  1. Müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
  2. HVAC, isitmə, havalandırma və kondisioner sistemləri üzrə nəzəri və praktiki biliklər;
  3. Çiller, fancoil, AHU, nasoslar və digər mühəndislik avadanlıqları haqqında məlumatlı olmaq;
  4. AutoCAD proqramı ilə işləmək bacarığı;
  5. Texniki çertyojları və layihə sənədlərini oxumaq bacarığı;
  6. MS Office proqramlarında işləmək bacarığı;
  7. Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
  8. Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.

Üstünlük hesab olunur:

  1. HVAC sahəsində iş təcrübəsi;
  2. Revit MEP və ya digər mühəndislik proqramları üzrə biliklər;
  3. HVAC avadanlıqlarının seçilməsi, texniki hesablamalar və layihələndirmə təcrübəsi;
  4. İngilis dilində texniki sənədlərlə işləmək bacarığı.

Vakansiyaya müraciət et

Format (5 MB): doc, docx, pdf
Bu məlumatlar həm indi, həm də növbəti müraciətlər zamanı işəgötürənə təqdim olunacaq.

NC

NAT CORP MMC
HVAC mühəndis

1500 - 2000 ₼

Elanı Seçilmişlərə əlavə edin