Mikrocredit MMC
Mikro Kredit MMC-nin Gəncə,Şirvan,Yevlax,Bərdə, Biləsuvar, Lənkəran, Masallı bölgələri üzrə Qrup Rəhbəri vakansiyasına müraciət edə bilərsiniz.
Yeni açılan Filiallarımıza Təcrübəli əməkdaşlar dəvət olunur!
Əmək haqqı: 1000azn -1500azn + Bonus və Premiyalar
Əlavə olaraq əmək haqqının iki misli qədər bonus qazanmaq imkanı.
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul
İş qrafiki həftədə 5 gün 09.00 dan-18.00 dək, Şənbə günü 10.00 dan-14.00 dək
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Qrup Rəhbəri (Gəncə,Şirvan,Yevlax,Bərdə, Biləsuvar, Lənkəran, Masallı bölgələri )” başlığı ilə office@mikrocredit.az elektron ü̈nvanına göndərmələri xahiş olunur.
Bank, BOKT və ya lombard sektorunda minimum 3 il iş təcrübəsi
İdarəetmə və liderlik sahəsində güclü bacarıqlar
Komandanı idarə etmək, motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti
Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək iş intizamı
Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi
Marketinq planının hazırlanması,əməkdaşlar arasında düzgün yerinə yetirilməsinə nəzarət edilməsi , hesabatların verilməsi
Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması
Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi
Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi
Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi üçün effektiv satış strategiyaları və təkliflər hazırlaması
Kredit rəsmiləşdirilməsi prossesinin Baş ofislə operativ yerinə yetirilməsi
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırması
Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etməsi
Filial əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, motivasiya və inkişafını dəstəkləməsi